Uşaq oğurluğu işində gözlənilməz dönüş » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:04 Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir HƏBS EDİLDİ  |     15:50 Polisdən ƏMƏLİYYAT: Narkoanbar kimi istifadə olunan ev aşkarlandı - FOTO  |     15:21 Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ  |     14:59 Ən çox balı onlar topladı - SİYAHI  |     14:57 Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı  |     14:40 Rəşad Dağlı əfv olunur? – Hüquqşünas şərti açıqladı  |     14:39 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib  |     14:38 "YouTube" yeni dizaynı sınaqdan keçirir - FOTOLAR  |     14:36 Kriştiano Ronaldo iki oyunluq cəza alacaq  |     14:30 Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE  |     14:29 Nijni Novqoroddan Bakıya birbaşa təyyarə reysləri həyata keçiriləcək  |     14:26 Məhkəmələrin qərarları ilə müsadirə olunmuş üç tondan çox narkotik vasitə məhv edilib - FOTO  |     14:23 UEFA AFFA-nı cərimələyib  |     14:19 Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ: Kvota müəyyənləşdi  |     14:15 İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir  |     14:14 Brüssel toplantısı: Paşinyanın Qərblə birgə qurduğu planlar ortaya çıxdı  |     14:12 Kosmetoloq paylaşıma görə cəzalandırıldı  |     14:11 Avtomobili nömrəsiz idarə edən əlilliyi olan şəxs saxlanıldı - VİDEO  |     14:10 Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı  |     14:09 Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıb  |    

Uşaq oğurluğu işində gözlənilməz dönüş

Abdulla Əfəndizadə: “Uşağı Davud Bağırovun bacısı gizlədir”

Səbayel Rayon İcra Şöbəsi Azərbaycan vətəndaşı Davud Bağırovun barəsində axtarış elan edib. Son məlumata görə, D.Bağırov hazırda Türkiyədədir. Onun Türkiyədən Azərbaycana gətitilməsi üçün tədbirlər görülür. Davud Bağırovun barəsində axtarış elan olunmasına səbəb Azərbaycan Ali Məhkəməsinin qərarını icra etməkdən yayınmasıdır.

Belə ki, 5 oktyabr 2017-ci ildə Azərbaycan Ali Məhkəməsi hakim Əsəd Mirzəliyevin sədrliyi ilə Davud Bağırova münasibətdə Dubay Əmirliyi Ali Məhkəməsinin çıxardığı qərarı tanıyıb. Həmin qərara əsasən Merim Beishekeyevanın Davud Bağırova qarşı iddiası təmin olunub. Onların nikahı pozulub, azyaşlı Ceylanın anasının himayəsində qalması, Davud Bağırovun uşağı Merim Beishekeyevaya qaytarması, aliment ödənişi və digər tələblər təmin olunub. Dubayda bank sektorunda çalışan Qırğızıstan vətəndaşı Merim Beishekeyeva Azərbaycan vətəndaşı Davud Bağırovu onun azyaşlı övladını oğurlamaqda ittiham edir. Merim Beishekeyeva övladı oğurlanandan sonra Dubayın hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra uşaq oğurluğu faktına görə Dubay Prokurorluğunda cinayət işi başlanıb. İşdə Azərbaycan vətəndaşı Davud Bağırovun adı uşağı oğurlayan şəxs kimi keçir. İstintaqa təqsirli şəxs qismində Azərbaycan vətəndaşı Davud Bağırov bir neçə dəfə dəvət olunub. D.Bağırov prokurorluğa getməyib. Uşaq oğurluğu faktına görə başlanmış cinayət işində D.Bağırovdan savayı bir qadın da var. Qazaxıstan vətəndaşı Zarina Jaksenbayeva da işə təqsirləndirilən şəxs qismində cəlb olunub. O, məhkəmə baş tutana qədər Dubay Əmirliyinin ərazisini tərk edə bilməz.


M.Beishekeyeva uşağı oğurlanandan sonra öyrənib ki, azyaşlı övladı Dubaydan Türkiyəyə, oradan isə Azərbaycana gətirilib. Buna görə də o, 2017-ci ilin fevralında Bakıda olub, övladının oğurlanması ilə bağlı ölkə başçısına, baş prokurora, Milli Məclisin sədrinə, ombudsmana, Ailə, Qadın, Uşaq Problemləri Dövlət Komitəsinin (AQUP DK) sədri Hicran Hüseynovaya müraciətlər ünvanlayıb. M.Beishekiyevanın nümayəndəsi hüquqşünas Abdulla Əfəndizadədir. O, uşaq oğurluğu ilə bağlı mətbuatda dəfələrlə çıxışlar edib və iş üzrə Azərbaycan məhkəmələrində bir neçə iddia qaldırıb.

A.Əfəndizadə deyib ki, qarşı tərəf hər fürsətdən yararlanmaqla Dubay Ali Məhkəməsinin iş üzrə çıxardığı qərarın icrasını ləngitməyə çalışıb. ABŞ vətəndaşı olan azyaşlı Ceylanın anasına qaytarılmasının qarşısını almaq üçün qarşı tərəfdən ciddi hərəkətlilik olub: “Uşağı Davud Bağırovun bacısı, AQUP DK Uşaq problemləri şöbəsinin müdiri olan Cəmilə Bağırova gizlədir. Yəni hazırda faktiki olaraq Dubayda oğurlanmış uşağın gizlədilməsi ilə məşğuldur. Məhkəmə icraçıları uşağı Davudun evində axtardılar. Cəmilə Bağırova iş vaxtı olsa da, evdə idi və öz anası ilə uşağın yerini deməkdən yayındı. Davudun İstanbulda olduğunu deyib. Guya nənəsi uşaqla Qəbələyə istirahətə gediblər. Cəmilə Bağırova uşağı gizlədir”.

Abdulla Əfəndizadə deyib ki, 71 yaşlı qadının yağmurlu-küləkli havada Qəbələyə istirahətə getməsinə inanmırlar: “Səbayel Rayon İcra Şöbəsinin məmurları Davud Bağırova Azərbaycan Ali Məhkəməsinin qərarını icra etmək üçün bir neçə dəfə müraciət ediblər. Bu haqda aktlar var. Lakin o, məhkəmə qərarını qərəzli şəkildə icra etməkdən yayınıb və İstanbula gedib. Sonuncu aktı isə onun Dövlət Komitəsində çalışan bacısı imzalayıb. Halbuki aktda göstərilən tarix iş gününə və iş saatına təsadüf edir. Həmin vaxt Cəmilə Bağırova iş yerində olmalı idi. Hesab edirik ki, qarşı tərəfin ailə olaraq atdığı addımlar uşağın gizlədilməsinə və məhkəmə qərarının icrasından yayınmağa xidmət edir”.//musavat.comскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 853 13.03.18 13:04