Tanışını benzinlə yandırıb öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməyə cəhddə təqsirləndirilən Səbuhi Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən Səbuhi Ağayev 14 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən il Yasamal rayonunda baş verib. Səbuhi Ağayev tanışı Anar Muradovla mübahisə edib. Bu zaman üzərinə beniz tökərək yandırıb.
Məlum olub ki, həmin zaman Səbuhi Ağayev sərxoş olub. Yaralı xəstəxaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı belə nəticəyə gəlib ki, Səbuhi Ağayev Anar Muradovu öldürmək niyyəti ilə yandırıb.
Buna görə də S. Ağayevə Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.