Axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib » Median.Az News Agency

Axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 107 cinayət faktından 18-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış üç cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, üç nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli yeddi fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.скачать dle 11.3






Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




532 13.03.18 12:58