Rövşən Lənkəranskinin qardaşı rəis vəzifəsinə qaytarıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Rövşən Lənkəranskinin qardaşı rəis vəzifəsinə qaytarıldı

"Lotu Quli” ləqəbli qanuni oğru Nadir Səlifova sui-qəsd ittihamı ilə İstanbulda həbs edilən və sonra bəraət alaraq sərbəst buraxılan polkovnik Namiq Canıyev Keşlə Gömrük Postu rəisi vəzifəsinə bərpa olunub. AzEuroNews.com-a verilən məlumatda iddia olunur ki, N.Canıyev həbsindən sonra gömrük postunda rəis vəzifəsindən azad olunsa da, bu günlərdə işinə qaytarılıb.

Yerli KİV N.Canıyevin işdən azad olunduğunu yazsa da, Dövlət Gömrük Komitəsinin onun vəzifəsindən azad olunması barədə rəsmi açıqlaması olmamışdı. Onun İstanbulda saxlanarkən video görüntülərinin yayılması, həbsdə olması, bəraət alması haqda komitənin hər hansı münasibətinə, şərhinə rast gəlinməyib. Gələn xəbərlərə görə, polkovnik Canıyev bəraət aldığı üçün vəzifəsinin başına qayıda bilib. Onun Azərbaycandakı biznesində, tikinti işlərində də canlanma yaranıb.

Qeyd edək ki, N.Canıyev nüfuzlu kriminal avtoritet, İstanbulda qətlə yetirilən Rövşən Canıyevin (Lənkəranski) qardaşıdır. İstanbul prokurorluğunun rəsmi ittihamında qeyd olunurdu ki, N.Səlifova sui-qəsd planlaşdıran Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdürrəhman Çolak, Orxan Ergin, Hacı Ömər Ertekin, Emre Debreli, Kenan Savcı, Necat Bingöl, Berkay Denizçı, Mehmet Sabri Şirin və saxta pasportla gəzən "qanuni oğru” Hacı Beyləqanskinin də daxil olduğu dəstəyə N.Canıyev rəhbərlik edib. Barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmiş gömrük polkovniki məhkəmə qərarı ilə bəraət alaraq Azərbaycana dönüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 297 13.03.18 12:34