İcra başçısı: "Bayıl sürüşmə zonasının sakinlərinə ayrılan vəsaitin məbləği artırılacaq" » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

İcra başçısı: "Bayıl sürüşmə zonasının sakinlərinə ayrılan vəsaitin məbləği artırılacaq"

"Bayılda evləri sürüşmə zonasında olan sakinlərə yardımın həcmini artırmaq məqsədi ilə görüş keçirilib. Çalışılır ki, tezliklə məsələ öz həllini tapsın".

“Report”un məlumatına görə, bunu Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl sürüşmə zonasının sakinləri ilə görüşündə deyib.

"Məbləğin az olması ilə bağlı Nazirlər Kabinetində məsələ qaldırdım. Məbləğin çoxaldılması ilə bağlı iş bu həftənin sonuna kimi həll olunacaq", - E.Əzizov əlavə edib.

Görüşdə iştirak edən Səbail Enerji Təchizatı və Satışı İdarəsinin rəsmisi Araz Manafov bildirib ki, sürüşmə baş verən Teleqüllə ərazisinə tam baxış keçirilib: "Təmizləmə işləri aparılıb, 6 fərdi yaşayış evinə elektrik enerjisinin verilməsi qeyri-mümkündür. Ümumi rəydən sonra həmin evlərə yaxın günlərdə elektrik enerjisi verilə bilər. Lakin sürüşmə davam edəcəksə, təbii ki, bu, mümkünsüzdür".

Xatırladaq ki, Nazirlər Kabineti Bayıl sürüşmə zonasında evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı sərəncam verib. Sərəncamla, 98 ailənin (ailə tərkibinə uyğun olaraq) müvəqqəti kirayə evlərdə yerləşdirilməsi üçün vəsait ayrılıb. Sakinlərin yaxın günlərdə kirayə mənzillərə köçürüləcəyi gözlənilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 413 13.03.18 11:49