Hadisə Xətai rayonunda, Bakı buxtasında yerləşən beşulduzlu "Bulvar Hotel”-də qeydə alınıb. Criminal.az-a verilən məlumata görə, oteldə dincələn BƏƏ-nin vətəndaşı Saleh Al Uteybinin xeyli miqdarda pulu və sənədlər olan əl çantası Lalə Yusifova adlı qadın tərəfindən oğurlanıb. Bu barədə əcnəbi 1-ci otelin rəhbərliyinə məlumat verib, sonra isə DİN-nin 102 Zəng mərkəzinə şikayət edib.
Hadisə yerinə dərhal ərazi üzrə Xətai RPİ-nin 37-ci Polis Bölməsinin əməkdaşları gəlib və ilkin müayinələr aparıblar. Faktla bağlı Xətai RPİ-nin 37-ci polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb və zərərçəkənin izahatı alınıb. Baş vermiş hadisə ilə bağlı "Bulvar Hotel”-dən münasibət öyrəndik. Oteldən bildirdilər ki, "həqiqətən belə bir fakt qeydə alınıb. Qadının hansı şəraitdə oğurluq etməsi onlarada məlum deyil”.