Bakının mərkəzində məscidin qarşısında olanlar dindarları qıcıqlandırdı – VİDEO » Median.Az News Agency

Bakının mərkəzində məscidin qarşısında olanlar dindarları qıcıqlandırdı – VİDEO
Bakının mərkəzində məscidlə üzbəüz şərab evi açılıb.

Minval.info xəbər verir ki, spirtli içkilərin satıldığı obyektin ibadət evinin qarşısında fəaliyyəti inanclıların narazılığına səbəb olub.

Şərab evi İçərişəhərdə yerləşən “İmam Əli” məscidinin qarşısında yeni açılıb.

Qeyd edək ki, həmin ərazidə “Cümə” məscidi də yerləşir.

Dindarlar tezliklə spirtli içkilər satılan obyekt barədə müvafiq addımların atılmağına ümid edir.

Hətta bəzi inanclılar buna sərt reaksiya verib və bunu müsəlmanlara qarşı hörmətsizlik hesab ediblər.скачать dle 11.3






Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




840 12.03.18 17:07