Sumqayıtda ağır qəza: Ölənlər var – FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:21 Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ  |     14:59 Ən çox balı onlar topladı - SİYAHI  |     14:57 Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı  |     14:40 Rəşad Dağlı əfv olunur? – Hüquqşünas şərti açıqladı  |     14:39 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib  |     14:38 "YouTube" yeni dizaynı sınaqdan keçirir - FOTOLAR  |     14:36 Kriştiano Ronaldo iki oyunluq cəza alacaq  |     14:30 Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE  |     14:29 Nijni Novqoroddan Bakıya birbaşa təyyarə reysləri həyata keçiriləcək  |     14:26 Məhkəmələrin qərarları ilə müsadirə olunmuş üç tondan çox narkotik vasitə məhv edilib - FOTO  |     14:23 UEFA AFFA-nı cərimələyib  |     14:19 Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ: Kvota müəyyənləşdi  |     14:15 İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir  |     14:14 Brüssel toplantısı: Paşinyanın Qərblə birgə qurduğu planlar ortaya çıxdı  |     14:12 Kosmetoloq paylaşıma görə cəzalandırıldı  |     14:11 Avtomobili nömrəsiz idarə edən əlilliyi olan şəxs saxlanıldı - VİDEO  |     14:10 Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı  |     14:09 Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıb  |     14:08 Xankəndidə 36 silah, 14 qumbara və sursat aşkarlanıb  |     14:07 Lənkəranda “Range Rover” yandı  |    

Sumqayıtda ağır qəza: Ölənlər var – FOTO

Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Median.Az
Report-a istinadən xəbər verir ki, şəhərin 9-cu mikrorayonu ərazisində “Hyundai” markalı avtomobillə “50-BY-671” dövlət qeydiyyat nişanlı “Oka”nın toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb.

Ölən şəxslər “Oka”nın 1991-ci il təvəllüdlü sürücüsü Həsənov Eldar Cəmşid oğlu və onun hazırda adı hələlik məlum olmayan sərnişinidir.

Onların avtomobildə sıxılmış vəziyyətdə qalmış meyitləri Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməyi ilə çıxarılıb.

Yaralılar, eləcə də, “Hunday”ın sürücüsü ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-yə aparılıb. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.






скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 541 12.03.18 11:43