Azərbaycanlı tələbələrdən unikal ixtira - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

Azərbaycanlı tələbələrdən unikal ixtira - VİDEO

Azərbaycanlı tələbələr İKT sahəsində daha bir yeniliyə imza atıblar.

Median.Az
Xezerxeber.az-ə istinadən məlumatına görə, çantanın içinə müxtəlif elektrik cihazları qoyulur və onlar enerji yığır.

Əşya kənardan adi bel çantasına bənzəyir. Əslində isə, çoxfunksialı enerji yığıcı və ötürücü bir vasitədir. İdeyanı Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin startap məktəbində çalışan Nihad Quliyev fikirləşib. Onun sözlərinə görə, ilk dəfə belə bir çantaya ehtiyacı olduğunu əsgərlikdə olan zaman hiss edib. O, daha sonra komandası ilə birlikdə çalışaraq belə bir unikal əşyanı ərsəyə gətirib. 4 növ alternativ enerji yığan bu çantanın ən maraqlı xüsusiyyətlərindən biri də günəşdən və əl hərəkətindən enerji yığmasıdır.

Bu qeyri-adi gurğudan həm hərbi sahədə, həm də uzun səyahətlər zamanı istifadə etmək olar. Qeyri-adi çanta daxili batareyalar vasitəsilə 48 saat ərzində enerjini saxlaya bilir. Artıq galan enerjini isə “powerbank” adlı sistem vasitəsilə saxlayıb, daha sonra isə istifadə etmək olur. Bu qurğunun daha bir özəlliyi isə kənar müdaxilələrə qarşı signalizasiya ilə təmin edilməsidir.

Çantada təhlükəsizlik baxımından maraqlı bir funksiya da mövcudddur. Belə ki, gecə vaxtı arxadan gələn sürücülərə xəbərdarlıq etmək məqsədi ilə işıq saçan fanarlarla da təmin olunub.

Layihəni Azərbaycan Dövlət Neft və Sənayə Universiteti maliyyələşdirir. İsrail və Ukraynadan olan mütəxəssislər də bu yeni layihəyə dəstək verirlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 798 10.03.18 17:58