Pentaqon Trampı tanksız qoydu » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Pentaqon Trampı tanksız qoydu

Pentaqon Vaşinqtonda keçiriləcək hərbi paradda tanklardan istifadə olunmasına icazə verməyib.

Bu barədə “Associated Press” məlumat yayıb.

Hərbi qurumun bəyanatına görə, ABŞ paytaxtının küçələrindən yalnız “təkərli nəqliyyat vasitələri” keçə bilər, belə ki, tanklar və digər bənzər ağır hərbi texnika paytaxtın infrastrukturuna böyük ziyan vura bilər.

Habelə Pentaqon hərbi paradın sonunda səma şousu üçün ABŞ hərbi hava qüvvələrinə aid təyyarələrdən istifadə olunmasına razılıq verib.

Hərbi paradın veteranlar gününə, noyabrın 11-də planlaşdırıldığı bildirilir. Hərbi texnikanın Ağ Evin qarşısından Kapitoliyə qədər irəliləcəyi bildirilir.

“Associated Press”in təxminlərinə görə, hərbi paradın təşkilinə amerikalı vergi ödəyicilərinin 30 milyon dollara yaxın vəsaiti sərf olunacaq.

Xatırladaq ki, yanvar ayının sonunda ABŞ prezidenti Donald Tramp, Pentaqona Vaşinqtonda hərbi paradın təşkil olunmasına göstəriş verib. O, paradın Fransa Milli günü münasibətilə iyulun 14-də keçirilən hərbi parada bənzər hərbi texnika və hərbiçərlə təntənəli yürüşün keçirilməsini tapşırıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 552 10.03.18 13:43