“Google” gələcəyin kompüterini yaradıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

“Google” gələcəyin kompüterini yaradıb

Google şirkətindən olan bir qrup tədqiqatçı 72 yüksək ötürücülüklü kubitlərdən istifadə olunduğu kvant prosesorunu yaradıb.

Oxu.az xəbər verir ki, bu barədə şirkətin bloqunda məlumat yayılıb.

Qeyd edək ki, kvant kompüterlər xüsusi “bit” növləri sayılan “kubitlərlə” çalışır. Klassik bitlərdən fərqli olaraq, bütün bu elementlər eyni vaxtda həm sıfır, həm də vahid şəklində ola bilir. Bu özəllik tam yeni hesablama alqoritmləri tərtib etməyə imkan verir.

Kvant kompüterlərinin yaradılmasında əsas problem, çoxsaylı kubitlərlə bağlı hesablamalar və məlumatların yazılması zamanı xətaların ortaya çıxmasıdır. Kubitlərin sayı çox olduqca, problemin miqyası da daha böyük olur.

“Google” komandası bu problemi həll etdiklərini iddia edir. Tədqiqatçıların təqdim etdiyi 72-kubitli kvant prosessoru, sələfi – 9-kubitli prosessorun sxemi əsasında hazırlansa da, yeni kompüterdə kubitlər zəncirvari şəkildə bir-birinə bağlı deyil.

Onlar bir-birinin üzərində yerləşən iki “6*6” kvadrat massivini formalaşdırır. Belə mövqe hesablama zamanı meydana gələn xətaları müəyyən edib, aradan qaldırmağa imkan verir.

ABŞ-ın informasiya texnologiyaları nəhəngi super-kompüterin xarakteristikası ilə bağlı təfsilatları açıqlamasa da, şirkət rəsmilərinin sözlərinə görə, qurğu kvant mükəmməlliyinə nail olmaq, ən mürəkkəb tənliklərini yerinə yetirmək imkanı yaradır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 334 07.03.18 12:17