Azərbaycanda körpələrə qoyulan 70 maraqlı ad: Hələ belə adlar eşitməmisiz (SİYAHI) » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |     14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |     14:09 Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb  |     14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |     14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |     14:06 Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO  |     14:04 İşıqforu təpikləyib, kəllə atdı: Bakıda çəkilən görüntülər təəccüb doğurdu - VİDEO  |     14:00 Naftalanda qadın ağır yanıq xəsarətləri alıb  |     13:58 Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?  |     13:57 Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO  |     13:56 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib  |     13:40 Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll ediblər”  |     13:36 Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA  |     13:24 TƏBİB-dən Cavanşir Məmmədovun ölüm xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB  |     23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |    

Azərbaycanda körpələrə qoyulan 70 maraqlı ad: Hələ belə adlar eşitməmisiz (SİYAHI)

Azərbaycanda yeni doğulan körpələrə qoyulmasına icazə verilən daha 70 maraqlı ad açıqlanıb.

Median.Az
-in "Report"a istinadən verdiyi məlumata görə, adlar siyahısında Çağrı, Çallı (müdrik), Çakar, Çakər, Çayanbəy (igid bəy), Çayanxan, Çaylı, Çıraq, Çıraqqəddin (dinin işığı), Çolpan (dan ulduzu) kimi kişi, Çeşmə, Çeşmi, Çeşməgül, Çeşməxanım, Çeşməzar, Çəməni, Çinənay (Çin tütəyi) kimi qadın adları yer alıb.

Valideynlər övladlarına Dadbəxş (əltutan), Dadrəs (imdada yetişən, himayəçi), Dalqılıc (qınsız qılınc), Damanəli (Əlinin ətəyi), Danzi, Dənzi (sübh qızartısı), Darab (suyun başlanğıcı), Dəyyan (ölməz), Dilgün (gözəl danışan), Dilmac (çox dil bilən), Dövrəli (Əli dövrü), Dural (dəyişməyən) kişi, Danqız (Sübh qızı), Dilaram (qəlbə rahatlıq verən), Dilfəza (fəza kimi geniş ürəkli), Dilistan, Dürrü, Dürrət, Düşəri, Dürsəti (inci üzlü), Düşvarə (müşkül) kimi qadın adları da qoya bilərlər.

Adlar siyahısında Elbaşı, Elmi, Elruh, Elson (yurdun axırıncı oğlu), Erazim kimi kişi, Elda (Yelda), Eldəgül, Elfira, Elli, Esfira (ulduz, parlaq), Eyvazgül (tamamilə gül, başdan ayağa gül) kimi qadın adları da yer alıb.

Körpələrə Ədib, Əfrand (əzəmət), Əlfi (ülfətli), Əlidədə, Əlim (Alim, vaqif adam), Əliş, Əmircan, Ənbili (peyğəmbər nəslindən olan), Əralp (igid döyüşçü), Ərçə (həddi buluğa çatmış), Ərman, Ərsay, Ərzan kimi kişi, Əfafə (iffət), Əfifə (iffətli), Əqdəs (ən müqəddəs), Əlimə (dərdli), Ərus (gəlin, nişanlı), Əsra (daha sürətli), Ətrabə (ətir suyu), Əzra (bakirə) kimi qadın adları da qoyula bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 439 06.03.18 18:59