Bakıda təcili yardım maşınının yolu kəsildi: Buna kim cavab verəcək? – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Bakıda təcili yardım maşınının yolu kəsildi: Buna kim cavab verəcək? – VİDEO

Bakının Binəqədi rayonunda yolun ortasında tikilən bina barədə məlumat vermişdik. Bu haqda hətta televiziya kanalları məsələni ictimailəşdirib. Belə ki, rayonun Rəsulzadə qəsəbəsində əvvəllər avtobus dayanacağı olan hissədə böyük bina tikilir.

Minval.info xəbər verir ki, nəqliyyat vasitələri ilə yanaşı, tibb müəssisəsinə aid təcili yardım maşınları bu yoldan istifadə edir. Bu ərazinin yaxınlığında dövlət xəstəxanası yerləşir.

Tikinti işləri səbəbindən işlək yol iflic vəziyyətə düşüb. Az öncə burada yaranan tıxacda təcili yardım maşınını qalıb. Yol təxminən 30 dəqiqəyə yaxın bağlı qalıb və bu səbəbdən təcili yardım maşını xəstəxanaya daxil ola bilməyib.

İndi bir neçə sual meydana çıxır: Əgər həmin təcili yardım maşınında xəstə varsa və ona gecikmədən müdaxilə lazım olarsa bu, necə həyata keçiriləcək? Onun başına gələcək bədbəxt hadisəyə cavabdeh kim olacaq? Bu qədər narazılıq doğuran tikinti işləri barədə nəyə görə ölçü götürülmür? Mütləqmi bədbəxt hadisə olmalıdır, ondan sonramı hansısa tədbir görüləcək?

Altından xətt çəkərək qeyd edək ki, binanın sütunu bir dəfə çöküb. Belə hal baş veribsə, oradan keçən maşınların üstünə və ya insanların başına daş parçasının düşməyəcəyindən heç kim sığortalanmayıb. Yeri gəlmişkən bildirək ki, ərazidə təhlükəsizlik tədbirləri görülməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 313 05.03.18 16:22