FHN-in baş leytenantı həbs olundu: 4 il cəza çəkəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

FHN-in baş leytenantı həbs olundu: 4 il cəza çəkəcək

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, baş leytenant Nicat Əliyev dörd il azadlıqdan məhrum edilib. Martın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında hökm çıxarılıb.

Median.Az
gununsesi.info-ya istinadən xəbər verir ki, baş leytenant oğurluqda təqsirləndirilir. 27 yaşlı Nicat Əliyev Bakıdakı bir çox evlərdən, obyektlərdən oğurluq ittihamı ilə məhkəmə qarşısına daha beş nəfərlə birlikdə çıxarılıb. Digər təqsirləndirilən şəxslərdən Orxan Quliyev 5 il, Təhməz Əsgərov, Rişan Bayramov və Camal Heydərovun hər biri 4 il, Cavid İsazadə isə 1 il 6 ay azadlıqdan məhrum edilib. Cavid İsazadə oğurluqda yox, qarət olunmuş əşyaları almaqda təqsirləndirilir. O, istintaq və məhkəmə dövründə ev dustaqlığında olub. Martın 5-də hökmün elanından sonra məhkəmə zalında həbs edilib.

Təqsirləndirilənlər arasında FHN əməkdaşı olduğu kimi, zərərçəkmişlər arasında da dövlət qulluqçuları var. Məsələn, evindən 215 manatlıq bijuteriya və 200 manat pul oğurlanmış Vüqar Əliyev Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsində bölmə rəisidir.

Həyət evindən 17 min 526 manatlıq qızıl oğurlanmış Mərahim Ələkbərov "Azəravtoyol” ASC-nin Beynəlxalq əlaqələr şöbəsində mütəxəssis, mənzilindən 2 min 500 manat dəyərində məişət avadanlıqları qarət olunmuş Mübariz Qəhrəmanov isə "Tirmə” firmasının direktorudur. Heydər Əliyev adına liseydə ingilis dilini tədris edən Ayna Sadıqovanın evindən 21 min 343 manatlıq, "Azəriqazbank”ın əməkdaşı Azad Əliyevin evindən isə 12 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Təqsirləndirilən baş leytenant istintaqa ifadəsində özünü qismən təqsirli bilib. Müəyyən oğurluq epizodlarında iştirakını təsdiqləsə də, oğurlanmış pulun miqdarı və əşyaların dəyəri məsələsində razılaşmır. Onun sözlərinə görə, pulların məbləği və əşyaların dəyəri çox şişirdilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 204 05.03.18 13:22