Лондон
C

Azərbaycanda Beynəlxalq Ordu Oyunları keçiriləcək

Beynəlxalq Ordu Oyunları bu il iyulun 28-dən avqustun 11-dək altı dövlətin - Rusiya, Azərbaycan, Belarus, İran, Qazaxıstan və Çinin ərazisində keçiriləcək.

Oxu.az xəbər verir ki, bu haqda Moskvada keçirilən konfransda Rusiya Silahlı Qüvvələrinin döyüş hazırlığı Baş İdarəsinin rəisi, general-leytenant İvan Buvaltsev bildirib.

Onun sözlərinə görə, oyunlarda iştirak üçün 2018-ci il martın 1-nə doqquz ölkədən 74 komanda müraciət edib.

Qeyd edək ki, hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Ordusunun nümayəndələrinin “Dəniz kuboku”, “Tank biatlonu”, “Artilleriya atəşinin ustaları”, “Snayper həddi” və “Səhra mətbəxi” müsabiqələrində iştirakı, o cümlədən “Dərinlik” və “Qoşun kəşfiyyatının əlaçıları” müsabiqələrində müşahidəçi qismində təmsil olunmaları planlaşdırılır.скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев