Nağılbazın 5 yaşlı qızının atasına ürəkdağlayan yalvarışı - AUDİO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Nağılbazın 5 yaşlı qızının atasına ürəkdağlayan yalvarışı - AUDİO

"Anar oğlu Tamerlanın nömrəsini "WhatsApp"da qara siyahıya atıb ki, ona yaza bilməsin. Bir ata öz övladına qarşı necə belə ola bilər? Uşaqlarını sonuncu dəfə efirdə çəkiliş üçün aparıb, sonra bir dəfə də olsun maraqlanmayıb".
 
Median.Az xəbər verir ki, bu sözləri cebhe.info-ya açıqlamasında repçi Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva bildirib. O, əlavə edib ki, A.Nağılbaz uşaqları ilə nə bayram günlərində, nə də ki adi gülərdə maraqlanmır:

"Tamerlan ona "WhatsApp"da yazıb, uşağı "blok"a atıb. Belə ata olar sizcə? Qızımıza anasının adını verib, Şərqiyyə. Amma uşaqla maraqlanmır. Şərqiyyə bacımın "WhatsApp" profilində şəkil görüb. Həmin şəkil atasının da "WhatsApp"ında da var idi. Elə bilib ki atasıdır, Anara səs yazıb. Həmin səslərə qulaq asan adamın ürəyi parçalanır. Özünüz düşünün, mən ataları haqda pis danışsaydım, uşaqlar indi Anarı istəməzdi. Atasının adını çəkəndə deyərdi ki, istəmirəm. Amma uşaqlar atalarını sevirlər. Görün ki, bu uşaqların atalarına qarşı nə cür məhəbbəti var".

A.Cəbiyeva A.Nağılbaza qarşı qaldırdığı məhkəmə iddiasından da söz açıb. Ətraflı danışmasa da, keçmiş həyat yoldaşının aliment ödəməkdən boyun qaçırdığını bildirib:

"Anar aliment verməkdən boyun qaçırır. İndi də yalandan başlayıb ki, xəstəyəm. Guya onun xəstə olmağının səbəbkarı mənəm. Onunla ən son nə zaman danışdığımız bəlli deyil. Mən ona hədə-qorxu niyə gəlirəm ki? Uşaqları ilə məşğul olmaqdansa, onlara gün ağlamaqdansa, boş işlərlə məşğudur. Bu belə edir ki, sabah bir şey olsa mənim üzərimdə qalsın. Əslində, biz hamımız gözəl bilirik ki, bu yolun yolçusu olan insanın ürəyi də zəif olur, hər şeyi də. O, əvvəldən xəstə insan olub. Xəstəliklərində məni niyə günahkar tutur, onu anlamıram. Bu fikirlə məni qaralamaq, vurmaq istəyir. Ondansa uşaqlarına gün ağlasın, kirayələrdən çıxarsın. Hamısı yığılıblar o evə, uşaqların haqqını yeyirlər".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 920 03.03.18 14:18