Evlərin enerji şəbəkəsinə qoşulmasına görə haqq ödəniləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Evlərin enerji şəbəkəsinə qoşulmasına görə haqq ödəniləcək

Dövlət başçısının fərmanı ilə sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı proseduru sadələşdirilib.

Bu addım ölkənin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, beynəlxalq reytinqlərdə mövqeyini yaxşılaşdırmaq, enerji təchizatı şəbəkələrinə qoşulma prosedurunu və müddətini optimallaşdırmaq məqsədilə atılıb.

Fərmana əsasən, sahibkarlar tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına və məişət ehtiyacları üçün elektrik enerjisindən istifadə edən istehlakçılar tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı ödəyəcək.

Belə ki, texniki şərtlərin və layihə-smeta sənədlərinin alınması üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə (elektron və ya yazılı formada) tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə mərkəzlərdəki Texniki Şuraya müraciət edəcəklər.

Sifarişçinin tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması aşağıda göstərilən üç mərhələdən ibarət olmaqla, ümumilikdə 24 (iyirmi dörd) gündən gec olmayaraq təmin ediləcək:

1. sifarişçinin mərkəzlərə müraciəti, texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və sifarişçiyə təqdim edilməsi (göndərilməsi);

2. layihə-smeta sənədlərinin dəyərinin ödənilməsi, tikinti-quraşdırma işlərinin aparılması və ETŞ-yə fiziki qoşulma;

3. tikinti obyektinə elektrik enerjisinin verilməsi.

Bu Qaydada nəzərdə tutulan müddətlərin axımı sifarişçinin müraciət etdiyi tarixdən hesablanır.
Eləcə də texniki şərtlərin hazırlanması və verilməsi üçün haqq ödənilmir.

Sənədə görə, texniki şərtlər 1 (bir) il müddətinə verilir. Bu müddətdə şifarişçi ilə ETM arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmadıqda verilmiş texniki şərtlər qüvvədən düşmüş hesab edilir.

Həmçinin layihə-smeta sənədlərinin Texniki Şura tərəfindən verilməsinə görə hər 1 (bir) kVt gücə görə ƏDV daxil olmaqla 2,5 manat (iki manat əlli qəpik) vəsait ödənilir.

Qeyd edək ki, qoşulma haqqı enerji təchizatı müəssisəsi (ETM) tərəfindən layihə sənədlərinin hazırlanmasına, enerji təchizatı şəbəkəsinin (ETŞ) gücləndirilməsinə, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə, elektrik qurğularının ETŞ-yə fiziki qoşulmasına (istifadə olunan mal-materiallara çəkilmiş xərclər də daxil olmaqla) görə Nazirlər Kabinetinin müəyyən etdiyi vahid məbləğ olacaq.

Qoşulma haqqının məbləğlərini kənd təsərrüfatı və sənaye təyinatlı, habelə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət göstərən tikinti obyektləri üzrə ayrılıqda və sahibkarların tələb olunan elektrik enerjisinin gücünə mütənasib olaraq diferensiallaşdırılmış qaydada Nazirlər Kabineti müəyyən ediləcək./oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 525 01.03.18 15:31