Azərbaycana altı medal qazandıran idmançı vətəndaşlığını dəyişdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Azərbaycana altı medal qazandıran idmançı vətəndaşlığını dəyişdi

Avropa Oyunlarında Azərbaycanı təmsil etmiş ukraynalı gimnast Oleq Stepko üçüncü dəfə vətəndaşlığını dəyişib.

Oxu.az xəbər verir ki, o, Ukraynanın “1+1” telekanalında yayımlanan “Qroşi” verilişinə verdiyi açıqlamasında bunu təsdiqləyib.

O bildirib ki, artıq Rusiya vətəndaşlığı alıb və Rusiya çempionatında çıxış etməyə hazırlaşır.

Stepko Azərbaycana necə gəlməsindən də danışıb:

“2013-cü ilin sonlarında mən Ukrayna ilə müqavilə bağlamadım, federasiyanı məlumatlandırıb digərləri ilə danışıqlara getdim. Biz fikir ayrılığında idik, Ukraynadan qeydiyyat vərəqəmi alıb Azərbaycana köçdüm.

Mənə Azərbaycandan 2013-cü ildə Moskvada keçirilmiş Avropa çempionatında çempion olduqdan sonra zəng vurmuşdular. Dedilər ki, gəlin, bu məsələni ilin sonunadək həll edək. Onda əlimdə zədə vardı.

Azərbaycanda məni keyfiyyətli müalicə ilə təmin etdilər. MRT istədim, MRT-yə apardılar. Əməliyyat istədim, əməliyyata götürüldüm. Bütün şərait, sığorta, dərmanlar, məşq kimi amillər mənim üçün yaradıldı”.

O bildirib ki, Ukraynada maaşı 500-600 dollar aralığında imiş. Stepko Azərbaycanda aldığı maaşı isə demək istəməyib. Bununla belə, onun Rusiyada Azərbaycandakından az maaş alacağı deyilir. Oleq Azərbaycandan fərqli olaraq, Rusiyada təkcə idman vətəndaşlığı yox, bütün hüquqlar (məsələn, səsvermə) verən ümumölkə vətəndaşlığı alıb.

Qeyd edək ki, 23 yaşlı Stepko Azərbaycan adından çıxış etdiyi müddətdə Avropa Oyunlarında paralel qollarda qızıl, idman gimnastikanın digər növlərində isə iki gümüş və iki bürünc medal qazanıb. O, həmin il – 2015-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilmiş dünya çempionatında isə bürünc medalla kifayətlənib.

Onun Azərbaycan ayrılacağı hələ ötən ildən deyilirdi. Çünki 2016-cı ilin sentyabrında idman gimnastı üzrə millimizin baş məşqçisi Pavel Netreba Azərbaycanı tərk etdikdən sonra digər ukraynalı legionerimiz Pyotr Paxnyuk da ölkəmizdən getmişdi. Azərbaycan Gimnastika Federasiyası (AGF) Paxnyukun Ukraynaya qayıtdığını təsdiqləmişdi.

Oleq Stepko isə ötən ilin fevralında verdiyi müsahibəsində Azərbaycanda məşq etdiyi və yeni məşqçisindən razı qaldığını bildirsə də, məlum olmuşdu ki, martda Bakıda keçirilmiş Dünya Kubokunda iştirak etmir və Ukraynaya qayıdıb.

AGF bunu onun şəxsi səbəblərdən ötrü vətəninə qayıtması ilə əlaqələndirmişdi. Daha sonra məlum olmuşdu ki, Stepko Bakıdakı evini satıb və mayda Novosibirskdə məşqlərə başlayıb. İslam Həmrəyliyi Oyunlarından sonra AGF rəsmi şəkildə bəyan etdi ki, Stepko Azərbaycana qayıtmaya bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 250 28.02.18 17:14