Türkmənistan aclıq astanasında – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Türkmənistan aclıq astanasında – VİDEO

Türkmənistanda əsas qida məhsullarının çatışmazlığı getdikcə kəskinləşir.

Bu barədə “Azadlıq Radiosu”nun Türkmənistan xidməti məlumat yayıb.

Heyvanlara verilən kəpək belə defisit məhsulların “siyahısına” düşüb. Kəpək almaq istəyənlərin uzun növbələri müşahidə olunur.

Fevralın ikinci yarısında Daşoğuzda çəkilmiş bu görüntüdə kəpəyin paylanması əks olunub. Əllərində vedrə ilə gözləyən yerli sakinlər, o cümlədən qadınlar və uşaqlar, növbə üstündə bir-biri ilə əlbəyaxa olur.

Təkcə fevral ayında ölkədə unun qiyməti iki dəfə artıb. Digər qida məhsullarının qiymət artımı isə 70-100% civarındadır. Hal-hazırda Daşoğuzun dövlət qida mağazalarında un vətəndaşlara yalnız talonlar əsasında satılır.

Həmin talonlarda ailədə olan yetkinlik yaşına çatmış insanların sayı nəzərə alınır. Hər bir ailəyə beş kilodan artıq un verilmir. Ancaq un almaq istəyənlər bundan başqa azı beş dövlət qurumundan arayış əldə etməlidir. Azuqə kvotalarında yetkinlik yaşına çatmamış uşaqlar nəzərə alınmır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 219 28.02.18 15:18