Səidə Sultan: Mənə elçi gələn oğlanı öldürmək istədim » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Səidə Sultan: Mənə elçi gələn oğlanı öldürmək istədim

Müğənni Səidə Sultan “ARB Ulduz”un “Şou məkan” verilişinin qonağı olub.

Şəxsi həyatı ilə bağlı açıqlamalar verən ifaçı bildirib ki, Səidənin adına görə onunla sevgili olmaq istəyirlər:

“Sevgilim yoxdur. Fikrim ancaq işimdədir. Mənim üçün sevgi mənasızdır. Məni sevəcək olan adam çalışır ki, “mən Səidə Sultanın sevgilisiyəm” ifadəsinə görə mənimlə sevgili olsun. Kişi kimi mərdi-mərdanə qabağa çıxan yoxdur. Hamısı istifadə edir.

Doğrudan da, evlənəndə ölçüb-biçmək lazımdır. Bu yaşa qədər evlənməmişəmsə, bu, o demək deyil ki, kimsə bəyənməyib deyə evlənməyib. Bu, mənim qərarımdır. Azərbaycanda qonşuya, qohuma görə yaşayırıq. Mən isə özüm üçün yaşayıram. İstəmirəm ki, ailəmi qurum, sonra da dağıdım”.

Səidə bu yaxınlarda ona elçi gələn oğlanı boğmaq istədiyini deyib:

“Elçilərim oldu. Evdə də məni razı saldılar. Sözsüz ki, hazırlıqlar olmalı idi. Heç nəyə əlimi vurmadım. Anam bütün hazırlıqları gördü. Elçilər gəldi və gördüm ki, bu oğlan bir az da burada qalsa, onu boğub öldürəcəm.

Özünün sözü olan, mərdi-mərdanə, kişi kimi oğlana getmək istəyirəm. Camaatdan asılı şəkildə yaşayan adam mənlik deyil. “Dostum nə isə deyər” düşüncəsi ilə yaşayan adamla ailə həyatı qurmaram”.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 292 28.02.18 11:49