Azərbaycan alimləri yeni qurğu ixtira etdilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Azərbaycan alimləri yeni qurğu ixtira etdilər

Azərbaycan Texniki Universitetinin (AzTU) alimləri neftçıxarma sənayesində istifadə üçün yeni qurğu hazırlayıblar.

Trend-in məlumatına görə, bununla bağlı keçirilən tədbirdə çıxış edən İnstitutun elmi-tədqiqat işlərinin planlaşdırılması və ETI şöbəsinin müdiri İslam İslamov bildirib ki, AzTU-nun Maşınların konstruksiya edilməsi kafedrasının alimləri 23-dən çox müxtəlif ixtira reallaşdırıblar: "Dünyada ilk mancanaq qurğusu Azərbaycanda yaradılıb. İndi Universitetimizin alimləri yeni reduktor və icralı balansirsiz mancanaq dəzgahlarının bir neçə yeni orijinal konstruktiv həllini yaradıblar".

AzTU-nun Maşınların konstruksiya edilməsi kafedrasının müdiri Əli Nəcəfov deyib ki, neftçıxarma sənayesində istifadə olunan mexaniki intiqalı kimi müxtəlif ölçülü mancanaq dəzgahları bu günədək dəyişməyib və ştanqlı nasosların keyfiyyətli işləməsini tam təmin etmir. Yeni yaradılan mancanaq dəzgahının istifadəsi zamanı 25 faizədək enerjiyə qənaət olunacaq, ştanqların effektivliyi azalacaq, faydalı iş əmsalı 6 faizədək artacaq:

"Yaradılmış mancanaq dəzgahı daha yaxşı dinamiki xassələrə malikdir, çünki dirsək müntəzam fırlanır və balansirli mancanaq dəzgahlarından fərqli olaraq tarazlaşmamış kütlələr və dayağa üfüqi istiqamətdə təsir edən və işarəsini dəyişən qüvvələr yoxdur. Eyni zamanda quyunun vadisi ilə daha yaxşı mərkəzlənmə təmin edilir, titrəmələr və dinamiki yüklər xeyli azalır".

AzTU-nun nəzdində fəaliyyət göstərən Maşınşünaslıq Elmi-Tədqiqat İnstitutunun direktoru Ayaz Abdullayev qeyd edib ki, ixtira olunan reduktorlar mancanaq dəzgahlarında, tanklarda, liftlərin qapı intiqalında, helipopterlərin baş reduktorlarında tətbiq edilə bilər. Bu reduktorlar bütün sənaye sahələrinin maşın aqreqatlarında istifadə oluna bilər".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 318 27.02.18 16:07