“Bakı Metropoliteni” yeni tipli turniketlər quraşdırır » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |     11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |    

“Bakı Metropoliteni” yeni tipli turniketlər quraşdırır

“Bakı Metropoliteni” QSC-də təchizatın müasir standartlar səviyyəsində qurulması və buna uyğun olaraq, kadr potensialının gücləndirilməsi, beynəlxalq təcrübənin artırılması məqsədilə daha bir istiqamətdə mühüm addım atılır.

Bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, Türkiyənin “KentKart EGE Elektronik” şirkəti ilə imzalanmış müqaviləyə əsasən, metropolitenin yenidənqurulan stansiyalarının vestibüllərində avtomat buraxılış-nəzarət məntəqələrində (ABNM) yeni tipli turniketlər quraşdırılır.

Bu günlərdə yeni alınan qurğuların idarə edilməsi sistemlərinin proqram təminatının daha da dərindən öyrənilməsi məqsədilə metropolitenin bir qrup əməkdaşı Türkiyənin İzmir şəhərinə ezam olunub. Təlim-tədris prosesinin daha məhsuldar və keyfiyyətlə təşkil edilməsi məqsədilə səfər iki qrupda təşkil edilib.

Təlimlərdə texniki prosesin tətbiqini, o cümlədən turniketlərin validatorlarının LED panelinin dəyişdirilməsi və quraşdırılması, mexanizmlərin tənzimlənməsi və təmiri prosesini mənimsəyiblər.

Qeyd edək ki, 8 avqust 2015-ci ildən metroda vahid ödəniş kartlarının istifadəsinə başlanılıb. Metropolitenin yenidən qurulan stansiyalarında müasir tələblərə cavab verən turniketlərin quraşdırılması prosesi davam etdirilir.

Aparılan təhlillərə əsasən, gur saatlar, xüsusən də kütləvi-mədəni tədbirlərin təşkili zamanı “Sahil”, “Gənclik” və “Koroğlu” stansiyalarında sərnişinlərin rahatlığını təmin etmək məqsədilə, ABNM-lərdə əlavə turniketlər quraşdırılıb.

Təmir olunan “Xətai” və “Bakmil” stansiyalarında müvafiq turniketlərin quraşdırılması nəzərdə tutulub. Sərnişin axınının təhlillərinə əsasən, gələcəkdə digər stansiyalarda əlavə turniketlərin quraşdırılmasına ehtiyac yaranarsa, bu tip qabaqlayıcı addımlar atılacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 600 27.02.18 12:15