Kiyev aeroportunda “Xocalı”nı anlatan buklet erməniləri ŞOK-a saldı - FOTO + VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Kiyev aeroportunda “Xocalı”nı anlatan buklet erməniləri ŞOK-a saldı - FOTO + VİDEO

Bu gün Ukraynanın Borispol Hava Limanında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun fəalları ilə ermənilər arasında insident yaşanıb.

Median.Az
XəzərNews.az-a istinadən xəbər verir ki, insidentə səbəb diaspor fəallarının Xocalı soyqırımının ildönümü ərəfəsində sərnişinlərə sözügedən faciəni anlatan buklet paylamaları olub.

Aksiyanın keçirilməsinə etiraz edən ermənilər gənclərə mane olublar, sonra isə Hava Limanı rəhbərliyinə şikayət ediblər. Lakin aksiyanın icazəli olduğunu öyrənən ermənilər geri çəkiliblər.

Bir neçə saat ərzində iki minə yaxın sərnişinə Ukrayn dilində hazırlanan və Xocalı soyqırımını anlatan bukletlərin paylanılmasına nail olunub.

UABD-yə icazəli aksiyanın təşkilində AZAL-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri Yaşar Əmirov dəstək göstərib.

Qeyd edək ki, aksiyada UABD sədri Hikmət Cavadov özü də iştirak edib. Aksiya başa çatandan sonra H.Cavadov bildirib ki, artıq ofislərdə və konfrans zallarında təbliğat aparmaq dövrü arxada qalıb: “Ötən il Kiyevdə və Ukraynanın müxtəlif şəhərlərində Xocalı soyqırımı haqqında Xüsusi Buraxılış olan 30 min qəzet payladıq. Kiyevin metro çıxışlarında plakatlar asdıq. İldönüm çərçivəsində tədbirlərimiz davam edəcək”.





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 579 26.02.18 12:53