“Deputat torpağımızı zorla əlimizdən alıb” – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:04 Şimali Makedoniyada prezident seçkisi start götürüb  |     12:03 Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb  |     12:01 Azərbaycan nefti bahalaşıb  |     12:00 Kürdəmirdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar - FOTO  |     11:58 PSJ “Barselona”nın oyunçusuna böyük məbləğ təklif edir  |     11:57 Sumqayıtda gənc oğlan itkin düşüb  |     11:56 Bu yay üçün REKORD İSTİLİK gözlənilir  |     11:56 Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA  |     11:55 Bakıda gənc oğlanı avtobus vurub  |     11:53 Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO  |     11:52 Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi  |     11:51 KTMT-nin baş katibi Ermənistanın təşkilatda işini məhdudlaşdırmasına münasibət bildirdi  |     11:42 Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin TƏFƏRRÜATI MƏLUM OLDU - YENİLƏNİB  |     11:31 Sumqayıt sakini: “Gözümüzü açıb belə görmüşük, məcbur olub taksidən istifadə edirik” - VİDEO  |     11:25 Bakıda restoran sahibləri cəzalandırıldılar  |     11:18 Argentina iranlı nazirin həbsini tələb edir  |     23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |    

“Deputat torpağımızı zorla əlimizdən alıb” – VİDEO

Beyləqan sakini keçmiş deputatı mülkünü əlindən almaqda ittiham edir.

Median.Az xəbər verir ki, bu barədə  minval.info-ya şikayətçi Ruhid Əliyev məlumat verib. R.Əliyev bildirib ki, onlara aid torpaq sahəsi rayonun eks deputatı Ayaz Orucov tərəfindən əllərindən alınıb:

“Beyləqan şəhərinin mərkəzində bizim ailəyə mərhum atamdan miras qalmış Dövlət Reyester xidmətində qeyd nömrəsi 3-15, univentar nömrəsi -15 olmaqla qeydiyyatda olan mülkümüz qanunsuz olaraq zəbt olunub. Deməli, Ayaz Orucov Beyləqanda deputat olarkən şəhərinin mərkəzində rəhbərlik etdiyi “Hidromaş” şirkətinin vasitəsiylə ( güya Beyləqan rayonuna musiqi məktəbi tikəcək) Beyləqan İcra Hakimiyyətinin musiqi məktəbi üçün ayırdığı təxminən bir hektara yaxın torpaq sahəsini dövlətdən oğurlayaraq orada özü üçün imarət tikdirib”.

Ruhid bəyin sözlərinə görə, bu hadisə 2014-cü ildə baş verib: “Ayaz Orucovun dövlətdən oğurladığı torpaq bizim adıçəkilən ərazimizə yaxındır. Buna görə, harın deputat orada tikdirdiyi imarətin həyətini genişləndirmək məqsədi ilə bizim mülkümüzü də zorla əlimizdən alaraq qəsrinin həyətinə qatıb. O vaxdan hansı yerli və mərkəzi hüquq mühafizə orqanlarına, icra aparatlarına şikayətlə müraciət etsəkdə hələ də Ayaz Orucovun bu cinayəti nəticəsiz qalıb. Vəzifəli dostlarının sayəsində ona gözün üstə qaşın var deyən olmayıb”.

Qeyd edək ki, Ayaz Orucovun mövqeyini saytda dərc etməyə hazırıq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 762 24.02.18 17:43