Azərbaycanda bu aparıcılar efirdən getdi - Reytinq savaşları » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Azərbaycanda bu aparıcılar efirdən getdi - Reytinq savaşları

Yerli telekanallarımın bir-biri ilə etdiyi reytinq savaşı davam edir.

Median.Az oxu.az-a istinadən xəbər verir ki, proqramlarında istədiyi uğuru qazana bilməyən kanallar həmin verilişləri bağlamaqla, aparıcılarını dəyişməklə reytinqlərini artırmaq istəyirlər.

Belə ki, Xəzər Tv-də yayımlanan "Oyan Azərbaycan”ın aparıcısı Fira Cəlilovanın verilişi dayandırılır. Onun əvəzinə iki həftə sonra fərqli layihə ilə Çiçək Vakkas və Müşfiq Şahverdiyev çıxış edəcək. Fira Cəlilova isə işini radioda davam etdirəcək.



ARB telekanalında yayımlanan "Şənbə səhəri” verilişinin aparıcısı da dəyişdirilib. Proqrama aparıcılıq edən prodüser Təranə Səmədova işindən uzaqlaşıb. Telekanaldan verilən məlumata görə, bundan sonra verilişdə aparıcılığı Günay Rəhimova edəcək.



"ARB”də digər dəyişiklik isə prodüser Sayqa Cahidin apardığı "Sayqa ilə bu axşam” verilişi ilə bağlıdır. Belə ki, proqram mart ayının 2-sindən sonra yayımlanmayacaq.



"Azad Azərbaycan” telekanalında da dəyişiklik olub. Bir neçə gündür Azər Axşamın aparıcılığını etdiyi "Bir axşam” verilişini Cavid Gül aparır.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 072 24.02.18 14:19