Nazim İbrahimovun avtomobili qaydaları pozaraq əlillərin yolunu bağladı- ETİRAZ+FOTOLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |     18:52 Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır  |     18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |    

Nazim İbrahimovun avtomobili qaydaları pozaraq əlillərin yolunu bağladı- ETİRAZ+FOTOLAR

Diasporla İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimovun avtomobilinin “durmaq qadağandır” işarəsi olan yerdə, səkinin fiziki qüsurlu insanlar üçün keçid yerində saxlaması sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub.

Median.Az
AFN-ə istinadən xəbər verir ki, N.İbrahimovun AZ 90AA321 dövlət nömrə-nişanlı xidməti avtomobili bu pozuntuya komitənin yerləşdiyi binanın qarşısında yol verib. Onun səhv park edilməsi də insanların diqqətindən yayınmayıb və yerində görüntülənən olay sosial şəbəkələrdə sürətlə yayılaraq tənqid obyektinə çevrilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elşad Miraləm isə duruma haqq qazandırmağa çalışaraq bildirib ki, avtomobil həmin yerə fiziki qüsurlu insanlar üçün olan pandusdan deyil, səkinin rəsmi qonaqlar üçün nəzərdə tutulmuş keçid hissəsindən adlayıb: “Avtomobili pandusun üzərindən səkiyə çıxarılmayıb. Bu heç fiziki baxımdan mümkün də deyil axı. Avtomobil o hündürlükdə pandusun üzərinə necə qaldırmaq olar? Fotoya bir də diqqətlə baxın xahiş edirəm. Binanın qarşısında Dövlət Komitəsinə gələn rəsmi qonaqların, nümayəndə heyətlərinin, eyni zamanda komitə rəhbərliyinin avtomobillərinin binaya yaxınlaşması üçün xüsusi yer var. Təqdim olunan fotolarda bu aydın görünür. (E.Miraləmin təqdim etdiyi fotolar aşağıda-red.) Komitəyə gələn xarici qonaqları, xüsusilə rəsmi şəxslərin təhlükəsizliyi üçün bu imkan yaradılıb. Yəqin hər kəs razılaşar ki, yüksək səviyyəli rəsmi şəxsləri nəqliyyatın hərəkətinin intensiv olduğu bir ərazidə, yolun ortasında avtomobildən düşürmək, nəinki protokol qaydalarına ziddir, həm də təhlükəsizlik baxımından qolverilməzdir. Avtomobil Komitənin qarşısına panduzun üzərindən deyil, fotoda göründüyü kimi xeyli irəlidən çıxarılıb. Sadəcə sürücünün səhvi odur ki, avtoobili pandusun qarşısında saxlamamalıydı”.

Müzakirələrə qoşulan digər sosial şəbəkə istidadəçiləri etiraz edərək qanunun hamı üçün olduğunu, məmur-sıravi vətəndaş ayrı-seçkiliyi qoymadığını bildiriblər: “Avtomobil insanların hərəkəti üçün nəzrdə tutulan yerdə park edilib. Özü də orda durma qadağandır işarəsi var. Qanunda yazılmır ki, Nazim İbrahimova olar, Məhəmmədəliyə yox. Qanunu ilk növbədə dövlət rəsmiləri pozmamalıdır ki, biz də onlardan örnək götürək”.

Qeyd edək ki, məsələ Bakı Nəqliyyat Agentliyindən də münasibət bildirilib. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, panduslar əlilliyi olan şəxslərin yollarda rahat hərəkəti üçündür, amma bəzən panduslardan doğru olmayan məqsədlər üçün istifadə edilir: “Önəmli olan bu işdə vətəndaşların fəal olmasıdır. Rastlaşdıqları bu kimi halları sosial şəbəkələrdə müzakirəyə çıxaraq ictimai qınaq halına gətirirlər. Bunun üçün hər birinizə təşəkkür edirik”.

Elşad Miraləmin təqdim etdiyi fotolar:




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 145 24.02.18 13:14