Smartfonlar lazer şüası ilə doldurulacaq – YENİ İXTİRA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |    

Smartfonlar lazer şüası ilə doldurulacaq – YENİ İXTİRA

Vaşinqton Universitetinin alimləri uzaq məsafədən lazerdən istifadə edərək smartfonu enerji ilə doldura bilən yeni cihaz yaradıblar.

Median.Az
-ın Versiya.info saytına istinadən məlumatına görə, yeni enerji dolduran cihaz artıq sınaqdan keçirilib. Bu da videoya çəkilib və universitetin saytında dərc edilib.

Məlum olub ki, yaxın zamanlarda smartfonun enerji ilə doldurulması üçün müxtəlif kabellərə və ötürücülərə ehtiyac olmayacaq. Araşdırmaçılar smartfonun arxa hissəsində xüsusi bir dəlik buraxıblar ki, bu da lazer şüasını tutur və enerji ilə doldurur. Doldurulma sürəti standart üsuldan geri qalmır. Lazer 4,3 metr məsafədə 97 kvadrat santimetr sahəni əhatə edə bilib.

Lazer smartfonun enerji ilə doldurulmağa hazır olub-olmadığını da müəyyənləşdirə biləcək. Cihaz isə lazerə yüksək tezlikli siqnallar göndərə biləcək və yerləşdiyi yer barədə məlumat verəcək. Bununla belə, bütün siqnalları insan eşitmir və tuta bilmir. İstifadəçini lazerin təsadüfi şüası ilə toqquşmasından müdafiə etmək üçün onu əlavə müdafiəedici şüalarla təchiz ediblər. İnsanla toqquşduğu anda şüa avtomatik olaraq sönür.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 495 23.02.18 18:00