Bayıldan köçürülənlərə 200 manat kirayə haqqı verilir – Bu pul kifayətdirmi? » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |     18:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     18:19 Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO  |     17:53 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     17:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     17:38 Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO  |     16:38 Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO  |     16:26 Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir  |     16:04 Bakıda marketdən minlərlə manatlıq spirtli içki oğurlanıb - FOTO/VİDEO  |     15:41 Dövlət Xidməti Amaras monastırında monitorinqlər aparıb  |    

Bayıldan köçürülənlərə 200 manat kirayə haqqı verilir – Bu pul kifayətdirmi?

Bu pulla kirayədə qalmaq olarmı?

Xəbər verdiyimi kimi, Bayıl yamacında baş vermiş sürüşmədən sonra öz evinə qayıda bilməyən 98 ailəyə dövlət tərəfindən 11 aylıq kirayə haqqı veriləcək.

Ailə tərkibi 1-5 nəfər olanlara 200 manat, ailə tərkibi 6-7 nəfər olana 250 manat, 8 nəfərdən çox olanlara isə 300 manat kirayə haqqı müəyyən olunub.

Bəs ödənilən bu məbləğlə 5 nəfərdən ibarət ailə Bakının hansı regionunda ev tapa bilər?

Minval.info-nun qısa araşdırmasına görə, hazırda Bakının müxtəlif regionlarında 1 və 2 otaqlı mənzillərin qiyməti minimum 300-800 manat arası dəyişir

Yasamal rayonunda 1 otaqlı evlər ən azı – 350 AZN, 2 otaqlı evlər isə – 400 AZN-dir.

Metronun “Memar Əcəmi” stansiyasının ətrafında – 300-500 AZN

Metronun “İçərişəhər” stansiyasının ətrafında – 300-1000 AZN

Metronun “Gənclik” stansiyasının ətrafında – 350-650 AZN-a

Metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında – 300-600 AZN-a təklif edilir.

Rəsulzadə qəsəbəsində 250 AZN-a ev tapmaq mümkündür.

Abşeron rayonu Xırdalan şəhərində ən ucuz 1 otaqlı mənzilin aylıq kirayə haqqı isə 180 manatdan başlayır.

Bütün bu rəqəmlər onu deməyə əsas verir ki, 5 nəfərdən ibarət bir ailə 1 otaqlı mənzilə güc-bəla yerləşməyə çalışsa belə, onlara verilən 100 manat kirayənin 3-də birini ödəməyə belə bəs etməyəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 400 23.02.18 17:49