Rusiyada yaşayan azərbaycanlı iş adamı Anar Zeynalov ("Anarçik") sosial şəbəkədən videomüraciət ünvanlayıb.
Baku.ws-in məlumatına görə, iş adamı Salmanov Mehdi adlı şəxsə xəbərdarlıq edib:
"Mənim martın 1-nə kimi pulumu verməsəniz 20 litr benzinlə sizin "Hollywood restoranı"nızı yandırmasam mən kişi deyiləm. Mən sizə ayın 1-nə kimi vaxt verirəm. Mənim pulumu çatdırmasanız məndən inciməyin".
Qeyd edək ki, Anar Zeynalov bir müddət öncə Rusiya prezidenti Vladimir Putinə də videomüraciət edib və ona köməklik edilməsini xahiş edib.