Bakıda xeyirxah addım sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Kimliyi məlum olmayan xeyirxah insan paytaxtda mağazalara, dükanlara, un və un məmulatları bişirilən sexlərə girib nisyə dəftərlərindəki bütün pulları ödəyirlər. Bu hal artıq bir neçə dəfə təkrarlanıb.
Bu nümunəvi addım sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.
Qeyd edək ki, Bakıda və rayonlarda tez-tez buna oxşar hallarla rastlaşırıq. Xüsusilə, şəhid ailələrinə və onların övladlarına bəzi mağazalarda və xidmət sahəsində ödəniş tələb edilmir.//baku.ws