Hazırda məişətdə, işdə, məktəbdə, yolda – demək olar ki, hər yerdə ən geniş şəkildə istifadə etdiyimiz təmizləyici vasitə nəm salfetlərdir. Gözəl qoxuya sahib olan bu salfetləri alır, ondan evin, kompüterlərin, iş masalarının tozunun alınmasında, yeməkdən sonra əllərimizin silinməsində, ən çox da uşaqların təmizliyində və sair istifadə edirik.
Mübaliğəsiz demək olar ki, bütün qadınların çantasında nəm salfet var.
“Mənin çantamda nəm salfet mütləq olmalıdır. O olmayanda özümü narahat hiss edirəm, çünki tez-tez əllərimi onunla təmizləyirəm”. Bunu Ailem.az-a mövzu ilə bağlı həmsöhbət olduğumuz Sevinc Hüseynova söyləyir.
Günay Babayeva isə bildirdi ki, əvvəllər nəm salfetlərdən makiyajını təmizləmək üçün istifadə edirmiş: “Amma gördüm ki, nəm salfetlərdən istifadə etdikdən sonra üzüm quruyur, dartılır, qaşınır. İndi qətiyyən istifadə etmirəm”.