Azərbaycanda çay məcrasından çıxmaq üzrədir - YOL VƏ EVLƏR DAĞILA BİLƏR (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 İsrail İranın hücumuna necə cavab verəcəyini müəyyən edib  |     22:16 Avtomobili cızan məktəbli anbaan kameraya düşdü - VİDEO  |     22:08 Avtomobilin yanacaq çəni: təmizləyək, ya yox?  |     22:02 Gədəbəydə qanunsuz tikili sökülüb - VİDEO  |     21:47 İtkin düşən uşağın meyiti tapıldı  |     21:38 Toyuq kotletini bu cür bişirin: Daha dadlı olacaq  |     21:30 Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı  |     21:24 Bakıda ailəsi kişinin asılmış meyitini tapdı  |     21:19 Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB  |     21:10 2024-cü ilin yazında dəbdə olan mini ətəklər  |     21:01 Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır  |     20:55 MM komitə sədrinin müavini: Yağların tərkibinə nəzarət problemli məsələlərdəndir  |     20:48 Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib  |     20:39 Naqilləri oğurladı, "Azərsu"nun idarəsi işıqsız qaldı - Məhkəməsi başlayır  |     20:33 Rusiya parlamentinin komitə sədrinin müavini: Hazırda Qarabağda sülhməramlılar lazım deyil  |     20:25 Abşeronda kişi meyiti tapılıb  |     20:22 Tbilisidə atışma olub, üç nəfər yaralanıb  |     20:04 Azərbaycan İsraillə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib  |     19:46 Qırğızıstan Prezidenti Qazaxıstana rəsmi səfərə gedəcək  |     19:45 Prokuror Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə cəza istəyib  |    

Azərbaycanda çay məcrasından çıxmaq üzrədir - YOL VƏ EVLƏR DAĞILA BİLƏR (VİDEO)

Ağsu şəhəri ərazisindən keçən Ağsu çayının daşması sahilyanı ərazilərdə bir sıra fəsadlara səbəb olub.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hər il yağan güclü yağışlar nəticəsində Ağsu çayında suyun səviyyəsi xeyli qalxır, sel suları çayın yatağını yuyaraq genişləndirir.

Son günlər yağan güclü yağışlar və dağlara yağan qardan sonra əmələ gələn sel suları Ağsu çayının yatağının genişlənərək 150 metrə çatmasına səbəb olub. Qəflətən çay məcrasını dəyişib, sel suları çayın son sahilindəki beton mühafizə bəndini dağıdıb və təxminən 50-70 metr eni olan torpaq sahəsini yuyub aparıb. Çayın kənarındakı avtomobil yolu və evlər sel sularının təsiri nəticəsində dağılmaq təhlükəsi ilə üzləşib. Hər gün su çayın sahilindəki torpaq qatını yuyaraq avtomobil yolunun daralmasına səbəb olur. Çay sahilində torpaq sürüşməsi baş verdiyi üçün evlərdə və hasarlarda xırda çatlar əmələ gəlib.

Seldən ziyan çəkən Ağsu şəhərinin Mikayıl Müşfiq küçəsinin sakinləri Mübariz Mürsəlov və Tolik Bayramov APA TV-yə bildirib ki, çayda suyun artması və məcranın dəyişməsi nəticəsində sahildəki torpaq qatı yuyulub. Sel suları böyük torpaq uçqunları törədib və çay yatağının genişlənərək həyətyanı sahələrə daxil olması təhlükəsi yaranıb. Onların sözlərinə görə, əvvəllər çayın eni 60-80 metr idisə, indi bu ərazi sel sularının dağıdıcı təsiri nəticəsində genişlənərək 150 metrə çatıb. Sakinlər deyir ki, əgər Ağsu çayının sol kənarında təcili beton bəndvurma işləri aparılmasa, yaz aylarında güclü sel suları nəticəsində çayın yatağı daha da genişlənəcək, yaxınlıqdakı 10-dan çox ev və yol dağılmaq təhlükəsi ilə üzləşəcək.

Vətəndaşlar çayın kənarındakı yolda ağır tonnajlı yük avtomobillərinin intensiv hərəkət etməsindən də narahatdır. Çünki bu, yolun alt torpaq qatının çaya tərəf sürüşməsinin sürətlənməsinə səbəb olur.

Ağsu rayon Suvarma Sistemləri İdarəsinin şöbə müdiri Eyvaz Babayev APA TV-nin yerli bürosuna bildirib ki, vətəndaşların müraciəti əsasında Ağsu rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri Ağsu çayındakı vəziyyətlə tanış olub. Problemin həlli üçün yaxın günlərdə tədbirlər görüləcək: “Çayın məcrasının dəyişməsi nəticəsində fərdi yaşayış evləri və yol üçün yaranan təhlükənin qarşısının alınması üçün çayın orada 250 metr uzunluğunda sel sularından mühafizə bəndi inşa ediləcək. Beton bəndin tikintisinə bu günlərdə başlanılacaq. Həmçinin çayın yatağında ağır texnikalar vasitəsilə məcradəyişmə tədbirləri görüləcək, suyun axını çayın kənarından ortasına yönəldiləcək”.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            993 22.02.18 12:51