Azərbaycanlı ana azyaşlı uşağı ilə maşının yük yerində yaşayır – Ürəkparçalayan görüntülər… (FOTOLAR) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Azərbaycanlı ana azyaşlı uşağı ilə maşının yük yerində yaşayır – Ürəkparçalayan görüntülər… (FOTOLAR)

Ana azyaşlı körpəsi ilə birgə acınacaqlı vəziyyət yaşayır.

Median.Az
xəbər verir ki, onlar Bilgəh qəsəbəsində, Bağlar massivi adlanan ərazidə çöllük bir sahədə, maşının yük yerində məskunlaşıblar. Anqelina Sergeyevna xəsətəlikdən əziyyət çəkən azyaşlı qızı Esfir Zubanenko ilə birgə burada qalırlar.

Bu barədə Gənc Xeyriyyəçilər İctimai Birliyini sədri Bamizər Aytən minval.info-ya məlumat verib.

Aytən xanım bildirib ki, Anqelinanın kimsəsi yoxdur, yalnız Gədəbəy rayonunda yaşayan xalası var, lakin onları qəbul etmir: “Hazırda Sergeyevna tək-tənhadır, nənə rəhmətə gedəndən sonra onlara baxan yoxdur. Ana oğlu ilə birgə 4 bir tərəfi dəmir olan maşının yük yerində yaşayırlar. Özüm orada olmuşam, təsəvvür edin, qaldıqları yer o qədər soyuqdur ki, yaşamaq qeyri-mümkündür. O qədər acınacaqlı vəziyyətdə yaşayırlar…”

Birliyin sədrinin sözlərinə görə, Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən onlara iki otaqlı ev verilib: “Lakin həmin mənzildə işlər tamamlanmayıb. Kanalizasiya sistemi yoxdur, hamam-tualetinin yalnız daşı hörülüb, evin işığında problem var. Yəni “Azərişıq” ASC-yə ödəniş edilməlidir, daha sonra elektrik enerjisi verilməlidir”.

A.Baməzər söyləyib ki, təşkilat onlardan xəbər tutmamışdan əvvəl daha da çətin vəziyyətdə olublar: “8-9 ay ətin dadını bilməyiblər. Mağazadan köhnə, quru çörək alıb suda islatdıqdan sonra uşağa verirdi. 70 manat sosial müavinət alırdı, onu da güclə nəyəsə çatdırırdı. Bilmirdi işığın pulun versin, ya yemək alsın, yaxud da uşağı müalicə etsin”.

Aytən xanım deyib ki, 5 yaşlı Esfir qan dövranının prozulmasından əziyyət çəkir: “İndi biz onun müalicəsi üçün çalışırıq. İndiki şəraitdə yaşamağa davam etsələr, Esfirin vəziyyəti pisləşəcək. Onların həm maddi cəhətdən köməyə ehtiyacları var, həm də bu ailəyə verilən evin işlərinin tamamlanması üçün tikinti materialları lazımdır”.










скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 892 20.02.18 16:55