Çingiz Abdullayev: Mənim kitablarımı yandırın, Fərhad Bədəlbəylinin barmaqlarını kəsin » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Çingiz Abdullayev: Mənim kitablarımı yandırın, Fərhad Bədəlbəylinin barmaqlarını kəsin

“Azadlıq” radiosu və “Müsavat” qəzetində yazılır ki, ölkəmizdə fikirləri nəşriyyatın siyasəti ilə ziddiyyət təşkil etdiyinə görə öz fikrini ifadə etmək hüququndan məhrum olan yazıçılar var.

Onların məharətli təbliğatı nəticəsində bəzi müəlliflərin kitablarının tonqalda yandırılmalı olduğunu düşünən bir qrup insan peyda oldu. Söhbət xalq yazıçısı Anar və xalq yazıçısı Çingiz Abdullayevdən gedir”.

Bunları azərbaycanlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev öz “Facebook” səhifəsində yazıb.

Ç.Abdullayev müxalifətin qarşıdakı prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyən yazıçıların kitablarını yandırmaqla bağlı çağırışlarını hiddətlə qarşılayıb.

Ç.Abdullayevin müraciətinin mətnini oxuculara təqdim edirik:

“Nə üçün? Seçkilərdə indiki prezidentin namizədliyini dəstəklədiklərinə görə? Bravo! Afərin sizə! Nədənsə bu vaxta qədər bir dəfə olsun, Xocalı soyqırımını böyük şövqlə təsvir edən, qonşu xalqın bizim torpaqlara olan iddiasını əsaslandırmağa çalışan Balayanın kitabını yandırmaq təklifi eşitmədim. Halbuki onun kitablarını heç yandırmağa lüzum da yoxdur. Onun kitabları qonşu xalqa olan zooloji nifrətin baris nümunəsidir”.

Aydın olur ki, bu azərbaycanlı müəlliflərin kitablarını yandırmaq daha xoşdur. Ancaq məsələ təkcə bununla bitmir! Orada zarafatyana Fərhad Bədəlbəylinin barmaqlarını kəsmək, Əlibəy Qasımzadənin binasını dağıtmaq təklifləri də səsləndi.

Bu siyahıya əlavələr edə bilərəm. Yəqin, Firəngiz Əlizadənin partituralarını yandırmaq, Şəfiqə Məmmədovanın filmlərini qadağan etmək, Fərhad Xəlilovun şəkillərini yandırmaq, Azərpaşanın tamaşalarını bağlamaq lazımdır.

Bəlkə, dayanaq? Anar artıq bildirib ki, onun kitablarını yandırmağa başlasalar və o, bu şərəfli siyahıya düşsə, bununla qürur duyar. Bildirmək istəyirəm ki, onu tamamilə dəstəkləyirəm, mənim üçün də bu siyahıya düşmək böyük qürur olar. Məsələn, Tomas Mann, Heyne, Feyxtvanqer, Freydin kitablarını Hitler Almaniyasının vaxtında yandırıblar.

Ancaq məni İsa Qəmbərin bu məsələdə susması təəcübləndirir, o İsa Qəmbər ki, Anar onu həbsxanadan çıxaran zaman ona zamin durmuşdu. O İsa Qəmbər ki, onu ən sadiq oxucularımdan hesab edirdim.

Azərbaycanın ən iri müxalifyönlü informasiya agentliyinin rəhbəri Mehman Əliyev niyə susur? O tutulan zaman Anar, Fərhad Bədəlbəyli və bu yazının müəllifi onun müdafiəsinə qalxmadımı?

Yəqin ki, belə də lazım imiş. Bizim ənənələr belədir. Ən üzücü tərəfi odur ki, hər ikisi bu “autodafe”nin böyük xəcalət gətirəcəyini yaxşı anlayan kifayət qədər savadlı insanlardır. Yenə də onu demək istəmirəm! Kitablarımın yandırılmalı olduğu ilə razıyam. Ancaq kitablarım axı bir çox ölkələrdə satılır.

Onları bütün dünya ölkələrindən toplamaq və yandırmaq müşkül məsələ olacaq. Üstəlik, onların çoxu artıq internetdə elektron şəkildə dərc olunub.Yandırmağa başlayın, sizə uğurlar!

İndi isə ən vacibinə gələk! Səksən yaşlı Anara zəng vurub, böyük şövqlə hansısa sarsaqların onun kitabını yandırmağa çalışdığını xəbər verən yaramazların böyük alçaqlığına diqqət çəkmək istərdim. İki ay bundan əvvəl ağır ürək əməliyyatı keçirmiş bir insana zəng edirlər. Bu şüurlu qətl deyilsə, başqa hansı adı vermək olar?

Əslində, hər şey düzdür. Heç kim başqa şey gözləmirdi. Bu “çürümüş ziyalılara” belə də lazım idi. Oxlokratiyanın hərc-mərcliyi hakimiyyətin diktatından heç də yaxşı deyil”.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 293 20.02.18 12:24