Bacılar vida videosu çəkib intihar etdilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Bacılar vida videosu çəkib intihar etdilər

Rusiyada hüquq-mühafizə orqanları İjevskdə, fevralın 19-da meyitləri hündürmərtəbəli binalardan birinin yaxınlığında aşkarlanmış iki yeniyetmə qızın ölüm səbəbi və hallarını araşdırır.

Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Udmurtiya başçısı yanında uşaq hüquqları üzrə səlahiyyətli nümayəndə Olqa Avdeyeva açıqlama verib.

Açıqlamaya görə, qızlardan birinin 12, digərinin 15 yaşı olub. Yaxın zamanda həlak olan qızların valideynləri müstəntiqlər tərəfindən sorğu-sual olunacaq.

İlkin məlumatlara əsasən, ölən qızlar ögey bacı olublar. Onlardan biri ölümündən əvvəl “Instagram” səhifəsində onların sonuncu foto və videosunu paylaşıb.

Videoda qız ailə üzvlərinə yaşatdığı acıya görə üzr istəyib. Şərhlərdə istifadəçilər qızların ailə üzvlərinin, dostlarının onların intihar etmək niyyətlərindən bixəbər olmasından hiddətləndiklərini ifadə ediblər.

Ötən ilin oktyabr ayında son 30 ildə uşaqlar və yeniyetmələr arasında intihar hallarının əhəmiyyətli dərəcədə artdığı və bunun Rusiyada çoxluq təşkil etdiyi məlum olub.

Bu ölkədə hər yüz min ölümə 11,5 intihar halı düşür. Maraqlıdır ki, bütün dünyada bu göstərici – 7,4 intihar halına bərabərdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 593 20.02.18 11:38