Bakıya uçan təyyarə qəza enişi etməli oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |    

Bakıya uçan təyyarə qəza enişi etməli oldu

Fevralın 15-də “Aeroflot” hava yolları şirkətinə məxsus Frankfurt-Han aeroportundan Bakıya uçan yük təyyarəsinin göyərtəsində kənar səslərin eşidildiyinə görə qəza enişi etməli olub.

Bu barədə “T-online” alman saytında məlumat yayılıb.

Məlumata görə, təyyarə havaya qalxdıqdan təxminən bir saat sonra, Almaniyanın hava məkanından kənarda, Bakı istiqamətində uçan zaman ekipaj üzvləri partlayışabənzər kənar səslər eşidib. Hava gəmisinin komandiri Frankfurt-Han aeroportuna geri dönməyi qərara alıb.

Təyyarənin qayıtdığı barədə informasiya daxil olduqdan sonra aeroportda dörd yanğın-mühafizə briqadası və 64 aeroport əməkdaşı tam hazır vəziyyətə gətirilib.

Frankfurt aeroportunun nümayəndəsi Kristof Qösmanın sözlərinə görə, təyyarənin qəza enişindən sonra hava gəmisi hərtərəfli şəkildə texniki baxışdan keçirilib, ancaq hər hansı şübhəli hal ortaya çıxmayıb.

O bildirib ki, təhlükəsizlik məqsədilə yüklər təyyarədən boşalıdılıb və yoxlama başa çatdıqdan sonra yenidən təyyarənin göyərtəsinə yüklənib. Yalnız bundan sonra təyyarə yenidən Bakı istiqamətində yola düşüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 211 19.02.18 17:32