Azərbaycanda evdən qaçan gəlin taksiyə oturub, əvvəlki sevgilisinin yanına getdi - Ailə dramı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Azərbaycanda evdən qaçan gəlin taksiyə oturub, əvvəlki sevgilisinin yanına getdi - Ailə dramı

Göygöl rayonunda 2 ayın gəlini evdən qaçıb. Rayonunun Mollacəlilli kəndində 20 yaşlı Asiya Ağakişiyeva 9 gündür axtarılır. Qayınatası gəlinini fen almaq üçün mağazaya aparıb, sonradan isə onun həmin yerdən bir taksi ilə uzaqlaşdığını görüb. Asiyanın qayınatası Tanrıverdi Bayramov müsahibəsində gəlininin qardaşı arvadının əli ilə qaçdığını deyib. O, gəlinini fen almaq üçün mağazaya apardığını, oradan isə taksiyə minib getdiyini deyir.

"Mağazada kamera var. Gəlin maşından düşüb, mağazaya girir. Yuxarı çıxıb sonra düşür, mənim arxamda bir taksiyə oturur, gedir Gəncəyə. Asiya orada taksidən düşüb parka girir. Düşdüyü yer də aydın görünür. Düzülüb-qoşulmuş işdir”.

Qayınatası gəlininin nikahdan əvvəl bir nəfərlə münasibətinin olduğunu deyir. T.Bayramov bu barədə ona gəlinin qardaşı arvadının məlumat verdiyini bildirib.

Asiya Ağakişiyevanın anası Gümanə Ağakişiyeva Publika.az-a açıqlamasında iddialara cavab verib:

"Bizim Gəncədə qohumlarımız var, amma qızım onlara getməyib. O, fen almaq üçün mağazaya gedib, ondan sonra bir daha xəbər tutmamışıq. Qızım iki aydır ailə qurub, 9 ay da nişanlı olublar. Bu müddətdə bir narazılığı olmayıb. Onun nə üçün getməsi barədə heç nə bilmirəm. Maşın vurubmu, yoxsa başına nəsə iş gəldiyini bilmirik. Polisə məlumat vermişik, onlar araşdırırlar. Nə problemi var, onu da bilmirəm, çünki iki aydır mənim evimdə yaşamırdı”.

A.Ağakişiyevanın qayınatasının sözlərinə gəldikdə, ana bu iddiaların hamısının yalan olduğunu deyib:

"Mənim gəlinim yoxdur. Asiyadan başqa bir qızım var, o ailəlidir, öz evi var. Bir oğlum var o da balacadır. Qızımın heç kimlə münasibəti olmayıb, ev qızı idi, heç yerə getmirdi, ancaq evdə olurdu. Ailə qurmağa da biz məcbur etməmişik, özünün razılığı var idi. Biz telekanallara da müsahibə verəndə qayınatası elə sözlər demədi. İndi elə fikirləşirlərsə, heç nə deyə bilmirəm. Qızımın heç kimlə münasibəti olmayıb, o barədə də heç nə bilmirəm. Qayınatası nə deyirsə, yalandır. Ola bilər ki, sabah nəsə problem çıxsın, kiminsə əli olsun bu məsələdə. Qızım üzə çıxandan sonra günahkarın kim olduğu məlum olacaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 087 19.02.18 15:30