Bir ay evdə olmadı, 400 manatdan çox borclandı – Bakıda qəribə hal » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 İsrail İranın hücumuna necə cavab verəcəyini müəyyən edib  |     22:16 Avtomobili cızan məktəbli anbaan kameraya düşdü - VİDEO  |     22:08 Avtomobilin yanacaq çəni: təmizləyək, ya yox?  |     22:02 Gədəbəydə qanunsuz tikili sökülüb - VİDEO  |     21:47 İtkin düşən uşağın meyiti tapıldı  |     21:38 Toyuq kotletini bu cür bişirin: Daha dadlı olacaq  |     21:30 Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı  |     21:24 Bakıda ailəsi kişinin asılmış meyitini tapdı  |     21:19 Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB  |     21:10 2024-cü ilin yazında dəbdə olan mini ətəklər  |     21:01 Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır  |     20:55 MM komitə sədrinin müavini: Yağların tərkibinə nəzarət problemli məsələlərdəndir  |     20:48 Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib  |     20:39 Naqilləri oğurladı, "Azərsu"nun idarəsi işıqsız qaldı - Məhkəməsi başlayır  |     20:33 Rusiya parlamentinin komitə sədrinin müavini: Hazırda Qarabağda sülhməramlılar lazım deyil  |     20:25 Abşeronda kişi meyiti tapılıb  |     20:22 Tbilisidə atışma olub, üç nəfər yaralanıb  |     20:04 Azərbaycan İsraillə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib  |     19:46 Qırğızıstan Prezidenti Qazaxıstana rəsmi səfərə gedəcək  |     19:45 Prokuror Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə cəza istəyib  |    

Bir ay evdə olmadı, 400 manatdan çox borclandı – Bakıda qəribə hal

Qaz sayğacındakı nasazlığa görə Bakı sakininə cərimə yazılıb. O isə bundan narazılıq edir və “Azəriqaz” ASC-ni məsuliyyətsizlikdə günahlandırır.

Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi, ev 78 ünvanında yaşayan Ülvi Bağırzadə dövlət qurumundan şikayətçidir. Onun sözlərinə görə, smart tipli qaz sayğacı sıradan çıxdığından artıq borc yazıb:

“2 həftə əvvəl “Azəriqaz” ASC-nin əməkdaşı gəlib sayğacı yoxlayıb. Deyir, qurğuda problem var, amma borc yazır. Çay filan qızdırmaq üçün odunu yandırırıq. Buna görə sayğaca 2-3 manat yükləyirdik. Hamam və ev üçün isə yalnız odundan istifadə edirik. Bizə deyirlər, sayğac 471 manat borc yazıb. 3 aydır evdə qalmırıq. Qardaşım torpağın altında qalmışdı. Xəstəxanaya gedirdik, başımız qarışıq idi. Axı bir aya bu qədər borc yazıla bilməz. Nəyə görə, vaxtında gəlib yoxlamırlar?! Bəlkə mən sayğacı çıxarmışam, “levı” işlədirəm. “Azəriqaz” ASC-nin əməkdaşı ötən ilin yanvarında yoxlama aparmışdı”.

Dövlət qurumundan Ülvi Bağırzadəyə bildirilib ki, yeni kart almalıdır: “ASAN Kommunal getdim və xeyli növbədə gözlədim. Ailə üzvüm də xəstədir… Nəhayət, sıra mənə çatdı. Dedilər ki, ya 471 manat , ya da 170 manat rəhmətə gedən atamın adında var, onu verməliyəm. Bildirdim ki, bir köpük pulum yoxdur. Razılaşmadılar və iki seçimdən birini etməli olduğumu söylədilər”.

Şikayətlə ilə əlaqədar minval.info “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevlə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bildirib ki, şikayətçi sözügedən quruma müraciət etməlidir və bunun əsasında araşdırılma aparılıb məsələyə qiymət verilməlidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 756 19.02.18 14:06