Bayılda təhlükəli ərazini satışa çıxardılar - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:52 Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır  |     18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:32 Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |     16:40 Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR  |     16:31 İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb  |     16:28 Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”  |     16:28 Azərbaycanda 51 kiloqram narkotik aşkarlanıb, həbs olunanlar var - FOTO/VİDEO  |     14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |    

Bayılda təhlükəli ərazini satışa çıxardılar - VİDEO

Sürüşmənin aktiv fazada davam etdiyi Bayıl yamacında aidiyyati bütün qurumlar tikinti aparmağı qadağan ediblər. Ancaq məhz bu ərazidə tikinti aparmaq üçün icazə sənədi ilə birgə ərazilər elan saytlarında satışa çxarılıb.

Xezerxeber.az-ın məlumatına görə, nazirlik tikintini qadağan eləyib, ancaq həmin ərazidə tikinti icazəsi kağızı ilə torpaq satmaq elanı veriblər.
Söhbət Bayıl yamacında sürüşmə baş verən ərazidə satışa çıxarılan 48 sotluq ərazidən gedir. Qiyməti 4 milyon təklif edilən ərazidə bina, klinika, ofis, otel və sair obyektlərin tikintisi üçün çıxarış olduğu da qeyd olunub.

Ekspert Nofəl Quliyev bildirir ki, bu hal insanları aldatmaq üçün atılan bir addımdır və ordan topaq almaq heç bir məntiqlə düzgün seçim deyil.

Mütəxəssisin sözlərinə görə, təkcə həmin ərazidə deyil, Bakının sürüşmə baş verən digər ərazilərində də tikinti üçün torpaq almaq məqsədəuyğun deyil.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov da hazırda ən aktiv sürüşmə zonası olan Bayıl qəsəbəsində tikinti aparmağın birdəfəlik qadağan olunduğunu bildirib. O qeyd edib ki, Bayılı bundan artıq yükləmək olmaz.

Səbail rayon İcra Hakimiyyətindən də ''Xəzər Xəbər''ə bildiriblər ki, vətəndaşlar bəzi işbazların Bayıl yamacından torpaq satmaq təkliflərinə aldanmasınlar. Çünki həmin ərazidə vəziyyət o qədər gərgindir ki, hətta ağac əkməyə belə icazə verilmir. Həmin ərazidə isə 2000-ci ildən bu yana hansısa tikinti işi aparılmasına icazə verilmir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 648 19.02.18 11:50