Xərçəngə qarşı effektiv peyvənd yaradıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Xərçəngə qarşı effektiv peyvənd yaradıldı

San-Fransiskoda Kaliforniya Universitetinin alimləri xərçəng hüceyrələrini öldürən, həmçinin şişə qarşı reaksiyanı stimullaşdıran genetik modifikasiya olunmuş virus yaradıb.

Oxu.az xəbər verir ki, bu barədə “Medical Xpess” pres-relizində deyilir.

Pexa-Vec onkoloji virusunu suçiçəyi virusunun modifikasiya olunmuş variantı adlandırmaq olar. Ona immun hüceyrələrin artımını stimullaşdıran, kiçik peptid molekulu kodlaşdıran gen əlavə olunub.

Bundan savayı, virusdan “timidinkinaza” geni kənarlaşdırılıb. Nəticədə infeksion agent yalnız spesifik genlərdə (RAS və p53) kinaza miqdarının yüksək olduğu xərçəng hüceyrələrində çoxalır.

Pexa-Vec bədxassəli şişi qidalandıran qan damarlarının inkişafını məhdudlaşdırır, onun artımını ləngidir. Peyvəndi damardaxili inyeksiya yolu ilə də orqanizmə yeritmək olar. Bu modifikasiya olunmuş infeksion agentin təkcə xərçəng mənbəyinə deyil, eyni zamanda, orqanizmin digər hissəslərində olan metaztazlara hücum çəkməsinə imkan verir.

Pexa-Vec mədəaltı vəzinin neyroendokrin xərçəngindən əziyyət çəkən siçanlar üzərində sınaqdan keçirilib. Məlum olub ki, virus sağlam orqanları zədələmir, yalnız şişləri qidalandıran qan damarlarına təsir edir. İnfeksion agent bədxassəli şişlərin yalnız müəyyən qismini məhv etsə də, onun səbəb olduğu immun reaksiya yeni törəmələrin yoxa çıxmasına təkan verib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 371 16.02.18 11:26