Moskvada Lotu Qulinin adamları saxlanıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Moskvada Lotu Qulinin adamları saxlanıldı

Çərşənbə günü gecə saatlarında Moskvada FTX ilə cinayət axtarış əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində Nadir Səlifovun (Lotu Quli) “qanuni oğru” klanının üzvləri saxlanılıb. Lotu Qulinun adamları başda Afo ləqəbli Fuad Rzayev olmaqla, azərbaycanlı biznesmenlərə üzərinə “haqq” qoyub. Onlar ödəniş etməkdən imtina edəcəkləri təqdirdə iş adamlarının ailələrinə divan tutmaqla hədələyib.

Oxu.Az xəbər verir ki, bu barədə Moskva şəhər hüquq mühafizə orqanlarından məlumat daxil olub.

Quldurlar bu yollar hər ay sahibkarlardan iki milyon rubla yaxın pul yığıb. Bütün bunlara Lotu Qulinin tez-tez Türkiyədə Rusiyaya gələn qardaşı Namiq Səlifov başçılıq edir.

Xəbərə görə, Rzayevin evinə edilən reyd zamanı, sonuncu öz mobil telefonlarını məhv etməyə çalışıb və öz qarın nahiyəsinə bıçaq zərbələri endirib. Bıçaq xəsarətlərinin ciddi olmadığı bildirilir.

Paralel olaraq Dolqoprudnıda aparılan əməliyyatda, Rzayevin yaxın çevrəsindən olan 10 a yaxın şəxs saxlanılıb. Onların cinayətlərdə iştirak edib-etmədikləri araşdırılır. Məlum olduğu kimi, Rusiyada yaşayan azərbaycanlı biznesmenlər bir müddət əvvəl Lotu Quludan polisə şikayət edib. Şikayət əsasında hədə qorxu yolu ilə pul tələb etmə maddəsi ilə cinayət işi açılıb.

Quli özü hazırda İstanbulda yaşayır, qanunla bağlı problemləri olduğu üçün Rusiyaya səfər edə bilmir. Rusiya hüquq mühafizə orqanları Səlifovun yaxalanması üçün ciddi şəkildə məşğul olur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 016 15.02.18 13:56