Rusiyada yanğında ölən üç azərbaycanlının meyiti vətənə göndərilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |     12:36 Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı  |     12:15 Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE  |     12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |     12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |    

Rusiyada yanğında ölən üç azərbaycanlının meyiti vətənə göndərilib

Orenburqda baş verən yanğın zamanı ölən üç azərbaycanlının meyiti xüsusi aviareyslə Bakıya göndərilib.

Median.Az
-ın xəbərinə görə, bu barədə Report-a Orenburq vilayəti Azərbaycanlılarının Milli Konqresinin prezidenti Ələddin Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu gün meyitləri göndərilənlərin hər üçü Masallı rayonunda dəfn ediləcək. O, meyitin vətənə göndərilməsi üçün lazım olan pulun dünya azərbaycanlıları tərəfindən toplandığını vurğulayıb.

“Bu, normal praktikadır: azərbaycanlılar həm ağır günlərdə, həm də şad günlərdə bir yerdə olmalıdır. Azərbaycanın Rusiyadakı səfirliyindən bizə zəng vurub yardım təklif etdilər, amma hələlik öz gücümüz çatır”, - Ə.Məmmədov bildirib.

Konqres başçısı əlavə edib ki, dünən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə Orenburq şəhərinin meri Yevgeni Orapov arasında telefon danışığı olub və onlar yanğında xəsarət alanlara yardım məsələsini müzakirə ediblər.

Hazırda xəstəxanada olanlardan biri - səkkiz yaşlı Sevinc Quliyeva özünə gəlib və artıq danışır.

Digər xəsarət almışların vəziyyəti sabit ağır kimi qiymətləndirilir. Onların hamısında bütün orqanların fəaliyyəti süni aparatlar vasitəsilə təmin olunur.

Xatırladaq ki, Orenburqda yanğın zamanı Rusiya və Azərbaycan vətəndaşları - Hətəm Quliyev (1980-ci il təvəllüdlü), Leyla Quliyeva Hətəm qızı (3 yaş), Eysavar Quliyev Hətəm oğlu (6 yaş) və Əmrah (45-46 yaş) ölüb.

İlkin məlumatlara görə, yanğın məişət zəmnində ailə münaqişəsi nəticəsində baş verib. Sədaqət Quliyeva mənzildə olanların və özünün üstünə benzin tökərək yandırıb.

Şəhərin tibb məntəqəsinə yeddi nəfər, o cümlədən üç yetkinlik yaşına çatmamış uşaq göndərilib. Amma Leyla və Eysavar Quliyevlər xəstəxanaya gedərkən təcili tibbi yardım maşınında keçiniblər.

Faktla bağlı cinayət işi açılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 105 15.02.18 12:41