Universitetlərə qəbulda dəyişikliklər hansı imkanları yaradır? » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:39 Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA (VİDEO)  |     11:37 Məşhur qapıçı iki sarı vərəqə alsa da, meydandan qovulmadı  |     11:23 Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO  |     22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |    

Universitetlərə qəbulda dəyişikliklər hansı imkanları yaradır?

Dövlət İmtahan Mərkəzi (DİM) Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na etdiyi dəyişiklikləri şərh edib.

DİM-in mətbuat xidmətindən oxu.az-a bildirilib ki, dəyişikliklər Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən edilib.

“Qəbul qaydalarında edilmiş əsas dəyişiklik ondan ibarətdir ki, qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçiriləcək və abituriyent hər sessiyada I-IV ixtisas qruplarından biri üzrə imtahanda iştirak edə biləcəklər.

Yeni təsdiq olunmuş qaydalarla abituriyentlərin seçim imkanları daha da genişləndirilib. Belə ki, abituriyentə icazə veriləcək ki, məsələn, yaz imtahan sessiyasında II ixtisas qrupu, yay imtahan sessiyasında isə III ixtisas qrupu üzrə imtahanda iştirak etsin. Həmçinin abituriyent əvvəllər olduğu kimi, eyni ixtisas qrupu üzrə də hər iki qəbul imtahanında iştirak edə bilər.

Abituriyent seçim etməkdə sərbəst olacaq. Qüvvədə olan qayda isə belə idi ki, abituriyent bir tədris ili ərzində I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilərdi”, - DİM-dən bildirilib.

Mərkəzdən əlavə olunub ki, I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər qaydası da qüvvədə qalır.

Qeyd edək ki, müxtəlif ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edən abituriyentlər hər iki ixtisas qrupu üzrə müsabiqə şərtini ödədikləri halda öz ixtisas seçimi ərizələrində hər iki ixtisas qrupuna daxil olan ixtisasları seçə biləcəklər. Hər hansı bir ixtisas qrupu üzrə müsabiqə şərtini ödəyən abituriyentlər isə yalnız həmin ixtisas qrupuna daxil olan ixtisasları seçə bilərlər.

Bundan əlavə, Qaydaların 1 nömrəli əlavəsində I ixtisas qrupu üzrə 5.1.1. “42 İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” hissəsi ləğv olunub və I ixtisas qrupu üzrə siyahıya İnformasiya texnologiyaları, Sistem mühəndisliyi, Sənaye mühəndisliyi, Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, Şəhərsalma və Şərabçılıq, II ixtisas qrupuna Davamlı inkişafın idarə edilməsi və İdman menecmenti və kommunikasiya, IV ixtisas qrupuna Bitki mühafizəsi, Bağçılıq və tərəvəzçilik və Bədən tərbiyəsi və idmanda reabilitasiya, V ixtisas qrupuna Məşqçi (idman növü üzrə) və Rəqs müəllimliyi ixtisasları əlavə edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            965 15.02.18 12:38