Bakıda vərəm xəstəsi olan müəllim məktəblilərə dərs keçib » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:24 Azərbaycanlı şoumen VƏFAT ETDİ  |     11:22 Bakıda Türkiyə vətəndaşı ölüb  |     23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |    

Bakıda vərəm xəstəsi olan müəllim məktəblilərə dərs keçib

Bakı Şəhər Nəsimi rayon T.Həsənov adına 23 saylı orta məktəbdə vərəm xəstəsi olan müəllim məktəblilərə dərs keçib.

Bu barədə oxu.az-a adının çəkilməsini istəməyən mənbə məlumat verib.

Məlumatda qeyd olunub ki, müəllimin xəstəliyi o, qan öskürəndə bəli olub. İddia olunur ki, müəllim öz xəstəliyini gizlədib.

Bildirilir ki, hazırda həmin şəxs vərəm əleyhinə müəssisədə müalicə edilir. Xəstə müəllimin işlədiyi məktəbdə həm Ağciyər Xəstəlikləri İnstitutu, həm 1 saylı Vərəm Əleyhinə Dispanser, həm də Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən lazım olan tədbirlər həyata keçirilir.

Məktəbdə şagirdlərin və müəllimlərin müayinəsi aparılır. Müayinələr təxminən bir həftə ərzində başa çatacaq.

Vərəm xəstəsi olan müəllimin şagirdlərə dərs keçməsi digər valideynləri də narahat edib. Onlar sosial şəbəkələrdə müzakirə apararaq məsələnin həllini tapmağa çalışıblar.

Məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsində bildiriblər ki, hadisə ilə bağlı araşdırma aparılır. Yaxın zamanlarda ətraflı məlumat veriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 308 14.02.18 17:12