Azərbaycanın ucqar kənd müəllimi: “Onların belə olması adamı dəhşətə gətirir…” » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |    

Azərbaycanın ucqar kənd müəllimi: “Onların belə olması adamı dəhşətə gətirir…”

“Hazırda işlədiyim kənddə məni ən çox üzən və dəhşətə gətirən şey qızların kiçik yaşlardan tez ailə qurmağa meyilli olmaları, uşaq kim yox, qadın psixologiyası ilə böyümələridir. Görünüşlərindən, geyimlərindən elə bilirsən 22, 23 yaşlı qızlardır”.

Bu sözləri Quba rayonunun Möhücə kənd məktəbinin gənc müəllimi Gülşən Yolçubəyov qeyd edib.

Müəllim bildirib ki, 8, 9, 10-cu siniflərdəki nişanlı qızları gördükcə ürəyi parçalanır: “Mən məktəbə bot geyindiyim halda, şagirdlərim kablokda gəlirlər. Tanıyan olmasa, elə bilərlər onlar müəllim, mən şagirdəm. Tənəffüslərdə 9-cu sinifdə oxuyan qızların bir-birinə “evdəqalmış ifritə”-deyə müraciət etməsi, oğlanların bir-biriylə “mənim bacım köçəndə mən ağlamayacağam”-deyib mərcə girməsi, ümumiyyətlə, uşaqdan böyüyə hər kəsin ağlında yalnız evliliyin olması adamı dəhşətə gətirir. 8, 9, 10-cu siniflərdəki nişanlı qızları gördükcə ürəyim parçalanır. Heç olmasa, digərlərinə təsir edib, gözlərini açmaq üçün hər dərs demək olar ki, 10- 15 dəqiqə bu mövzu üzrə söhbət aparıram. Danışdığım zaman isə nişanlı qızların qızararaq başlarını aşağı salıb üzümə baxmamaları isə bir başqa cür üzür”.

Gülşən Yolçubəyovun sözlərinə görə, hazırda onlara bilik verməkdən çox, psixologiyalarına təsir edib fərqli yöndə düşünməyə təhrik etmək üçün bütün gücü ilə çalışır: “Çox təəssüf ki, yuxarı siniflərdə oxuyan qızlara təsir etmək elə də asan deyil. Ağıllarında yalnız bir şey var: “Filankəs nişanlandı, mən qaldım”. Məqsədləri də geyinib-keçinib, bəzənib özlərini elçilərə bəyəndirməkdir. Onları belə gördükcə o qədər pis oluram ki, bütün günü ağlımdan çıxara bilmirəm”.//minval.infoскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 252 14.02.18 12:27