Mikayıl Cabbarov sahibkarlara müraciət etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |    

Mikayıl Cabbarov sahibkarlara müraciət etdi

Gəlin, münasibətlərimizə yeni səhifədən başlayaq. Vergiləri ödəmək hər birinizin borcudur. Ödənilən hər manat səhiyyəmizin, təhsilimizin güclənməsinə xidmət edir.

Bunu vergilər naziri Mikayıl Cabbarov sahibkarlara müraciətində deyib.

O bildirib ki, vergidən yayınan sahibkarın dükanında qiymətlər digər dükanlara nisbətən aşağı olur. Bu isə qeyri-sağlam rəqabətə şərait yaradır:

“Dükandan kassa çeki tələb etmək ayıb sayılmamalıdır. Binanızın altında yerləşən qonşunun dükanından çek tələb olunması qonşuluq münasibətlərinizə xələl gətirə bilər, amma nəzərə alsanız ki, həmin vergilər hara xərclənir, o zaman bu addımı da atarsınız”.

Nazir bildirib ki, əsaslandırılmamış sanksiyaları yol verməmək üçün yoxlamalar vergi ödəyicisinin iştirakı ilə aparılacaq:

“Hamı səhv edə bilər. Amma bilərəkdən hansısa məlumatların saxtalaşdırılması cinayətdir”.

M.Cabbarov Vergi Məcəlləsinə dəyişikliklərə münasibət bildirib. O deyib ki, məcəlləyə tez-tez dəyişiklik edilməsini məqsədəuyğun hesab etmir:

“Vergi qanunvericiliyində tez-tez dəyişikliklər vergi riskləri yaradır. Mövcud Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflər hazırlamışıq. Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təklifləri nəzərdən keçiririk. Martın 31-nə qədər təkliflərinizi bizə göndərin”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 331 13.02.18 13:14