Azərbaycanda şok hadisə: Bacısının hamamda çimən rəfiqəsini zorlamaq istədi » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |     19:20 ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır  |     18:53 Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO  |     18:27 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     18:06 Rusiyada “TikTok”un bloklanması təklif olunub  |     17:55 Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib  |     17:15 Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR  |     17:03 İsrail rəsmiləri İrana görə bir daha toplanacaq  |     16:39 Daha bir məşhur "tiktok"çu həbs edildi  |     16:30 Bakıda mənzildə meyit tapılıb  |     16:04 Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir HƏBS EDİLDİ  |     15:50 Polisdən ƏMƏLİYYAT: Narkoanbar kimi istifadə olunan ev aşkarlandı - FOTO  |     15:21 Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ  |    

Azərbaycanda şok hadisə: Bacısının hamamda çimən rəfiqəsini zorlamaq istədi

Xaçmazın Xudat şəhərində cavan qıza qarşı biabırçı hərəkət etmək istəyən Xudat şəhər sakini saxlanılıb.

Median.Az
xəbər verir ki, İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə bu il fevral ayının 6-da gecə saat 23 radələrində Xudat şəhərində həyət evlərinin birində baş verib. Şərti adı Vüsalə Zeynalova olan 25 yaşlı gənc qız hamamda çimərkən hamama soxulmuş bir nəfərin zorakılığına məruz qalıb. Hamamda lüt vəziyyətdə çimən qızı içəri qəfil daxil olan bir nəfər süpürləyərək zorlamaq istəyib.

Amma qızın çətinliklə də olsa haray-həşir salması, çığırıb evdəkiləri köməyə çağırması içəri vəhşicəsinə soxulan şəxsin öz çirkin əməlini həyata keçirməyə imkan verməyib. Dərhal çılpaq qızın köməyinə gələn ailə üzvləri və qız hamamdan çıxıb qaçan adamı tanıyıblar. Dərhal DİN-nin "102 "xidməti məlumatlandırılıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları biabırçı olayın araşdırılmasına başlayıb. Cavan, subay qızı öz iradəsinin əksinə zidd olaraq köməksiz halda zorlamaq istəyən Xudat şəhər sakini, 27 yaşlı Tural Vaqif oğlu Şükürov fevralın 8-də tutularaq istintaqa təhvil verilib.

Elə həmin gün Xaçmaz rayon prokurorluğunda respublika CM-nin 29,149.1 (zorlamaya cəhd) maddəsilə açılmış cinayət işinin istintaqı zamanı Tural Şükürov törətmək istədiyi biabırçı olayı etiraf edib. O namusunu ləkələmək istədiyi qızın bacısının rəfiqəsi olduğunu, ondan xoşu gəldiyini, bu məqsədlə onu zorlamaq istədiyini söyləyib. O da məlum olub ki,Tural Şükürov cavan qızı zorlamaq istəyərkən sərxoş olub, hətta Xudat şəhər sakinləri onun narkotik vasitə qəbul edicisi olmağını da bildiriblər.

Artıq təqsirləndirilən şəxs qismində barəsində həbs qəti imkan tədbiri seçilən Tural Şükürovun hərəkəti başqasının namusuna sataşmaq istəyən hər kəsə bir ibrət dərsi olmalıdır. Təzyiqə məruz qalmış qızın cəld tərpənib haray-həşir olması onun zorlanmasının qarşısı alıb.

Xaçmaz rayon prokurorluğundan fakt təsdiqlənib və başlanılan cinayət işinin istintaqının davam etdirildiyi bildirilib. Qurumdan o da buldirilib ki, cavan qızı köməksiz vəziyyətdə zorlamaq istəyən Tural Şükürov qanun çərçivəsində öz tutarlı cəzasını alacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            8 490 13.02.18 12:04