Hökümət Evində pul üstündə dava: Keçmiş icra başçısı polisə müraciət etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |     18:52 Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır  |     18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |    

Hökümət Evində pul üstündə dava: Keçmiş icra başçısı polisə müraciət etdi

Bakıda Kənd Təsərrüfatı Nazirliyinin Lizinq sektorunda müdirlə işçilər arasında insident baş verib.

Median.Az olke.az-a istinadən xəbər verir ki, nazirliyin Texniki siyasət şöbəsinin müdir müavini, Lizinq sektorunu müdiri Ağayev Mübariz Alı oğlu Bəxtiyar və Mədinə adlı şəxslərdən Səbail rayon Polis İdarəsinə şikayət edib. Belə ki, adları çəkilən şəxslər fevral ayının 7-də Mübariz Ağayevin otağına girərək səs-küy salıblar, nəticədə sektor müdiri polisə müraciət etmək məcburiyyətində qalıb. Toplanmış materiallar araşdırılması üçün aidiyyatı üzrə Səbail RPİ-nin 39-cu polis bölməsinə göndərilib. 

Sayt baş vermiş hadisə ilə bağlı şikayətçi Mübariz Ağayevlə əlaqə saxlayıb və o faktı təsdiq edib: "Otağıma hücum edən şəxslər ana və oğuldurlar və eyni zamanda bizim şöbənin əməkdaşlarıdır. Gəlib məndən pul tələb ediblər və bildiriblər ki, xəstəmiz var, kömək elə. Mən də onlara pul verməkdən imtina etdim. Dedim məndə pul var? Onlar da üstümə hücum çəkdilər. Mən də polisə şikayət etmək məcburiyyətində qaldım".

Qeyd edək ki, Mübariz Ağayev bundan öncə Quba və Göyçay rayonlarının icra başçısı vəzifəsində çalışıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 698 12.02.18 14:02