“Xəzər adaları” Hacı İbrahimdən alındı - Yeni investorlara təklif olunur » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

“Xəzər adaları” Hacı İbrahimdən alındı - Yeni investorlara təklif olunur

"Xəzər Adaları” layihəsi bütünlüklə iş adamı Hacı İbrahimdən alınıb, dövlət tərəfindən yeni investorlara təklif olunub.

Median.Az
xəbər verir ki, bu barədə məlumatı "Yeni Müsavat" qəzeti yayıb. Qəzet bildirir ki, yaxın zamanlarda yeni inverstorlar layihənin icrası prosesini davam etdirməyə başlayacaqlar.

Məsələ ilə bağlı Hacı İbrahim Nehrəmli açıqlama verib. O, layihə ilə bağlı hər hansı yenilik olmadığını, yayılan məlumatın həqiqətə uyğun olmadığını deyib: "Yalan söhbətdir, belə bir məsələ yoxdur”.

Hacı İbrahimdən Beynəlxalq Banka olan borcunu ödəyib-ödəmədiyi də soruşulub. O, suala cavab vermək istəmədiyini bildirib: "Mən bu barədə danışmaq, müsahibə vermək istəmirəm. Müsahibə vermək istədikdə özüm sizlərə xəbər edəcəm”.

Xatırladaq ki, 2015-ci ilin martında Cahangir Hacıyev Beynəlxalq Bankın direktoru vəzifəsindən uzaqlaşdırılandan az sonra məlum oldu ki, Azərbaycanda çoxlu sayda iş adamı bankdan yüz milyonlarla manat kredit götürüb qaytarmayıblar. Fakt üzrə qaldırılmış cinayət işi çərçivəsində onlarla sahibkar DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi (MCQMBİ) tərəfindən saxlanıldı. Saxlanılan iş adamlarından biri də "Avesta” konserninin rəhbəri, Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Hacı İbrahim Nehrəmli idi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 498 10.02.18 17:33