Bakıda broyler toyuqları kənd toyuğu adı ilə satılır - (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |     12:36 Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı  |    

Bakıda broyler toyuqları kənd toyuğu adı ilə satılır - (VİDEO)

Broyler toyuqları kənd toyuğu adı ilə vətəndaşlara satılır. Həmin toyuğu alıb istifadə edən müştərilər isə sonradan məhsulun keyfiyyətində fərqliliyin şahidi olurlar.

Median.Az
xezerxeber.az-a istinadən xəbər verir ki, məlumatına görə, paytaxtın Nizami rayonu ərazisindəki 8-ci kilometr bazarı yaxınlıgında yolun kənarında olan ticarət köşklərində toyuq məhsulları satılır. Köşklərdə vətəndaşlara həm broyler, həm də kənd toyuğu təklif edilir. Maraqlısı isə odur ki, kənd toyuğu ilə broyler toyuğunun qiyməti arasında elə də böyük fərq yoxdur.

Satılan toyuqların kənd toyuğu olmadığını elə alıcılar da təsdiq edir.

Satcılar iddia edirlər ki, satdıqları toyuqlar müxtəlif rayonlarda kənd şəraitində saxlanılaraq bəslənilir. Sonra isə kəsilərək bazara gətirib, vətəndaşlara satırlar.

Bakı şəhər Baytarlıq İdarəsinin müffətişlik şöbəsinin müdiri Zahid Nəsibli deyir ki, vətəndaşlar toyuq alarkən onun kənd və ya broyler toyuğu olduğunu asanlıqla seçə bilərlər. Bunun üçün isə bəzi nüanslara diqqət etmək lazımdır.

Diqqət etməli məqamlardan biri də qiymət fərqidir. Belə ki, hazırda bazarda kənd toyuğunun qiyməti 7-8 manat arasında dəyişir.

Hüquqşunaslar isə bildirir ki, belə vəziyyətdə isehlakçıların hüquqlarının pozulmazı vəziyyəti yaranır. Buna görə də, İnzibati Xətalar Məcəlləsinə görə, vətəndaşları aldadan fiziki şəxslər 350 manatdan 500 manata, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək cərimə oluna bilərlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 652 10.02.18 15:36